e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

2016-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olundu.

2015-12-07 | Kadr işi | 4438

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" Qanunu və "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" Qanunu imzalayıb.

Ehtiyac meyarının həddi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği - 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

Qanunlar 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: http://marja.az/marjaplus/sosial/item/190846-ya%C5%9Fay%C4%B1%C5%9F-%C3%BC%C3%A7%C3%BCn-m%C9%99bl%C9%99%C4%9F-m%C3%BC%C9%99yy%C9%9


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.