![]() Azərbaycanda fiziki şəxslər üçün əmlak və topraq vergilərinin dərəcələri dəyişib2014-08-17 | Vergilər |![]() 2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslərdən əmlak vergisi özəl mülkiyyətdə olan binanın sahəsindən asılı olaraq ödəniləcək. Hazırda vergi binanın inventar dəyəri hesabından alınır. İyunda Milli Məclisin qəbul etdiyi və Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna əsasən, əmlak vergisi 30 kvadratmetrdən artıq olan sahənin hər kvadratmetrinə görə hesablanacaq. Müvafiq olaraq, 30 kvadratmetrədək olan sahə əmlak vergisindən azad edilib. Qüvvədə olan qanunvericiliyə əsasən, əgər əmlakın dəyəri 5 min manatdan azdırsa, ona vergi tətbiq edilmir, bu məbləğ artıq olarsa, vergi binanın dəyərinin 0,1 faizini təşkil edir. Fiziki şəxslərin əmlakı üzrə verginin yığılması və hesablanması ilə ərazisində binanın yerləşdiyi bələdiyyələr məşğul olurlar. Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən, gələn ildən əmlak vergisinə görə aşağıdakı dərəcələr tətbiq ediləcək:
Əgər bina Bakıda yerləşirsə, dərəcələr mərkəzi icra hakimiyyəti orqanlarına müvafiq olan 0,7-1,5 aralığında müəyyən əmsal əsasında tətbiq ediləcək. Prezidentin "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanununun tətbiqi barədə fərmanında fiziki şəxslərin əmlak vergisinin hesablanması məqsədilə Bakıda yerləşən binalara qarşı əmsalların müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə 3 aylıq müddət verilib. Vətəndaşların bağ sahələrinin və sənaye, tikinti, nəqliyyat, kommunikasiya, ticarət-məişət xidməti və digər təyinatlı fondların həyətyanı yaşayış sahələrinin hər 100 kvadratmetrinə görə aşağıdakı torpaq vergisi tətbiq ediləcək:
Dəyişikliklərin edilməsində zərurət onunla izah edilir ki, Vergilər Məcəlləsi qəbul edildiyi dövrdən etibarən bələdiyyələr binaların inventar dəyəri müəyyənləşdirilmədiyinə görə əmlak vergisini yığa bilmədilər. "Yerli (bələdiyyə) vergi və ödənişlər" haqqında dəyişikliklərə əsasən, bələdiyyələr tərəfindən bu ödənişlərin nağd formada qəbuluna qadağa qoyulub. Fiziki şəxslər tərəfindən yerli vergilərin ödənişi nağdsız ödəniş etmək məqsədilə banklar, poçt rabitəsi operatorları, həmçinin mövcud vasitələrlə həyata keçirilməlidir. Mənbə: http://www.trend.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.