e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycana idxal olunan avtomobillərə diferensial aksiz dərəcələri tətbiq oluna bilər

2019-11-04 | Vergilər | 2795

"Azərbaycana idxal olunan yeni və istehsal buraxılış tarixindən uzun müddət keçmiş nəqliyyat vasitələrinə münasibətdə aksiz dərəcələrinin optimallaşdırılması və diferensial aksiz dərəcələrinin tətbiqi kimi məsələlərlə bağlı aidiyyəti qurumlarla birgə müzakirələr aparılmaqdadır". Bunu "Report"a müsahibəsində Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və Ödənişlər baş idarəsinin rəisi Mirqasım Vahabov bildirib. Onun sözlərinə görə, müzakirələrin məqsədi ölkəmizdə minik avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısını almaqdır.

Mənbə: https://vergiler.az/news/economy/5256.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.