Turizm Reyestrinin aparılma qaydası müəyyənləşib2020-01-27 | İqtisadiyyat | 3280Nazirlər Kabineti “Turizm Reyestrinin aparılma Qaydası”nı təsdiqləyib. APA-nın məlumatına görə, turizm reyestri turizm ehtiyatları, o cümlədən turizm nümayiş obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, turizm sahəsində statistik məlumatları və onların monitorinqlərinin nəticələrini özündə əks etdirən elektron dövlət informasiya ehtiyatı, turizm ehtiyatları səfər edilən ölkənin (yerin) təbii, mədəni, tarixi, sağlamlaşdırma obyektləri və turistlərin ayrı-ayrılıqda və ya kompleks halında tələb və ehtiyaclarını təmin edə bilən, onların fiziki və mənəvi qüvvələrinin bərpası və inkişafına kömək edə bilən digər obyektlər məcmusudur. Turizm nümayiş obyektləri səfər edilən yerin təbii, mədəni, tarixi və turizm əhəmiyyətli digər obyektləri, turizm məhsulu turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, qidalanması üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçitərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər), turizm sənayesinin subyektləri səyahətin məqsədindən asılı olaraq turistlərə göstərilən yerləşdirmə, nəqliyyat (nəqliyyat vasitələrinin turistlərə kirayəyə verilməsi daxil olmaqla), turagent, turoperator, turizm bələdçisi, ictimai iaşə (qidalanma), əyləncə, idman-sağlamlıq, mədəni, işgüzar tədbirlərin təşkilini və turistlərin tələb və ehtiyaclarının ödənilməsini təmin edən digər turizm xidmətləri göstərən hüquqi və fiziki şəxslər, habelə turizm-təbliğat fəaliyyətini həyata keçirən, turizm təhsili və təlimi xidmətləri göstərən hüquqi şəxslər, turizm sənaye assosiasiyalarıdır. Turoperator turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı, turagent turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən hüquqi və ya fiziki şəxsdir. Məsuliyyətli ekoturizm obyektləri təbiətə minimum təsir, ekoloji sistemin bütövlüyünün qorunması və yerli əhalinin həyat tərzinin yaxşılaşdırılması prinsipləri əsasında turistlərin səyahət edilən yerin təbiəti, bioloji və mədəni müxtəlifliyi ilə tanışlığı məqsədilə turizm xidmətlərinin təşkil edildiyi obyektlərdir. İşgüzar turizm subyekti işgüzar tədbirlərin (görüşlər, korporativ tədbirlər, konqreslər, sərgilər) təşkilini həyata keçirən hüquqi şəxslərdir. Reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılır. Reyestr turizm sənayesinin subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesinin subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, istifadəçilər tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əsasən açıq hesab edilən məlumatların əldə edilməsini, turizm sahəsində elektron xidmətlərin göstərilməsini, məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini təmin edir. Reyestr elektron formada aparılır. Reyestrin saxlanılması, fəaliyyəti və inkişafı üzrə xərclər dövlət büdcəsində Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulan müvafiq vəsait və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir. Reyestrin formalaşdırılmasına və aparılmasına dair bu Qayda ilə tənzimlənməyən digər məsələlər, o cümlədən Reyestrin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə digər dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (“Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”) uyğun tənzimlənir. Reyestrin infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:
Proqram-texniki vasitələr Reyestrin aparılmasını, elektron xidmətlərin və informasiya mübadiləsinin həyata keçirilməsini, istifadəçilərin Reyestrdən istifadəsini, Reyestrin fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini və məlumatların mühafizəsini təmin edir. Telekommunikasiya kanalları Reyestrin fəaliyyətinin etibarlılığı və təhlükəsizliyini, operativ və keyfiyyətli elektron xidmətlərin göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətlərinə malikdir.Reyestrin idarəetmə paneli onun informasiya ehtiyatının formalaşdırılmasını, idarə olunmasını və istifadəsini təmin edir. Reyestrin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və proqramtexniki vasitələrin nüsxələri bu mərkəzdə saxlanılır. Reyestrin strukturu aşağıdakılardan ibarətdir:
Reyestrə turizm ehtiyatları və turizm məhsulları barədə aşağıdakı məlumatlar daxil edilir:
Reyestrə turizm sənayesinin subyektləri barədə aşağıdakı məlumatlar daxil edilir:
Ayrıca daxil edilməli olan məlumatlar:
Reyestrin fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını Reyestrin operatoru olan Agentlik təmin edir. Reyestrdən istifadə və Reyestrdən məlumatların əldə edilməsi ödənişsizdir. Ramiz Mikayıloğlu Mənbə: https://apa.az/az/sosial_xeberler/Turizm-Reyestrinin-aparilma-qaydasi-muyynlsib-568931 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.