Yeni bələdiyyə müəssisələri yaradılacaq2020-03-26 | Hüquq | 4724Azərbaycanda bələdiyyələrə dövlət dəstəyi artırılacaq. "Report" xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb. Sazişə əsasən, hər üç qurum bələdiyyələrin maliyyə bazasının möhkəmləndirilməsi və bələdiyyə müəssisələrinin yaradılması üçün dövlətin maliyyə dəstəyini artırmaq öhdəliyi götürüb. Mənbə: https://report.az/senaye/yeni-belediyye-muessiseleri-yaradilacaq/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.