e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tikinti ilə bağlı yeni sənəd hazırlanacaq

2020-03-26 | Kadr işi | 3650

Azərbaycanın tikintidə təhlükəsizlik norma və qaydalarını tənzimləyən normativ hüquqi sənəd hazırlanacaq.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum tikintidə təhlükəsizlik norma və qaydalarını tənzimləyən normativ hüquqi sənədin layihəsini hazırlamaq öhdəliyini götürüb

Mənbə: https://report.az/i-nfrastruktur/tikinti-ile-bagli-yeni-sened-hazirlanacaq/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.