Vergilər: Cərimə kafe və restoranlara aid deyil2015-12-15 | Vergilər | 3055Vergilər Nazirliyi spirtli işkilərin nağd satışının qadağan olunması ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliyi izah edib. "Marja"nın məlumatına görə, bu gün Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında Nazirliyin Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib ki, spirtli içkilərin nağd satışına görə müəyyən olunmuş cərimə kafe və restoranlara aid deyil. "İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə görə, aksiz markaları ilə markalanmalı olan və dəyəri 50 manata qədər olan məhsulların nağd qaydada satışı inzibati xəta hesab olunur və 100 manat cərimə olunur. Lakin ictimai iaşə obyektlərində, kafelərdə, restoranlarda spirtli içkilərin süzülmə ilə satışı nəzərdə tutulduğundan, yəni orada alıb içildiyindən inzibati məsuliyyətin tətbiqi nəzərdə tutulmur. Spirtli içkinin satışı, ictimai iaşə xidmətinin tərkib hissəsi hesab olunur. Nazirlər Kabinetinin qərarına görə, ictimai iaşə müəssisələrində məhsulu bağlı formada təqdim etmək olmaz. İçki menyunun tərkib hissəsidir, onun dəyəri nağd qaydada ödənilə bilər". |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.