Mühərrik həcmi kiçik olan avtomobillər vergidən azad edilə bilər2017-04-14 | Vergilər | 2503Azərbaycanda nəqliyyat vasitələrindən əmlak vergisi alına bilər. "Marja" xəbər verir ki, bununla bağlı Hesablama Palatasından hökümətə təklif göndərilib. Təklifə əsasən mühərrik həcmi böyük olan avtomobillərdən daha çox verginin alınması nəzərdə tutulur, kiçik həcmli nəqliyyat vasitələrinə isə ya güzəşt tətbiq edilə, ya da ümumiyyətlə vergidən azad edilə bilər. Azərbaycanda avtomobil sahibləri mühərrikin həcminə görə əmlak vergisi ödəyə bilər. Bununla bağlı Hesablama Palatası tərəfindən hökümətə təklif göndərilib. Təklif qəbul edilərsə avtomobilin mühhərrikinin həcminə görə onun sahıbındən vergi alınacaq. Təklifə veriləcək cavaba əsasən hətta mühərrik həcmi kiçik olan nəqliyyat vasitələri vergi tutmadan azad da edilə bilər. Əgər təklif qəbul edilərsə avtomobilə görə əmlak vergisi maşının sahibi tərəfindən il ərzində bir dəfə ödəniləcək. Hüquqi şəxslər isə belə vergini hər rübdə ödəyə biəlcəklər. Bu təklif hesablama palatası tərəfindən ötən ay hökümətə təqdim edilib.Hökumətin qərarından sonra verginin məbləği və bunu ödəməyən sürcülərin cəriməsi müyyənləşəcək. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.