Əhaliyə lizinqlə satış qadağan olunur2018-11-12 | Vergilər | 2792Azərbaycanda lizinqlə mal satışında ciddi dəyişikliklər gözlənilir. Bu barədə Vergilər Məcəlləsinə təklif olunan yeniliklərdən məlum olur. Dəyişikliklər qəbul olunarsa, gələn lizinq şirkətləri sadə vətəndaşa 2019-cu ildən lizinq yolu ilə əmlak satmayacaqlar. Əməliyyat o zaman lizinq əməliyyatı hesab ediləcək ki, lizinqə götürənlər mütləq sahibkar olsun, lizinq obyekti isə əsas vəsait olsun. Bu dəyişiklik Məcəllənin 140-cı maddəsində əksini tapacaq. Dəyişikliyə əsasən, həmin maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən tərəf maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün, icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Mənbə: http://marja.az/news/33623?title=ehaliye-lizinqle-satis-qadagan-olunur |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.