Fərdi SahibkarTəhsil sahəsində fərdi sahibkarlar əsasən repetitorluq fəaliyyəti ilə məşğul olurlar. Onlar universitetlərə qəbul, məktəblərdə gündəlik dərslərin şagirdlər ilə fənnlər üzrə hazırlanması, şəxslərin şəxsi inkişafı və s. bu kimi xidmətlər göstərirlər. Adətən repetitorlar (lat. "repetitor" - təkrar edən) əsasən evlərdə uşaqlara ev tapşırıqlarının edilməsində yardım, qəbul imtahanlara hazırlıq və s xidmətlər göstərirlər. Dərslər fərdi və ya qrup şəklində keçirilə bilər. İlk öncə repetitorluq fəaliyyəti ilə məşğul olmaq istəyən müəllimlər vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmalıdırlar. Qeydiyyatdan keçdikdən sonra onlara VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) açılır. Vergilər Repetitorlar əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərirlər. Belə ki, AR Vergi Məcəlləsinin 218.5.10 maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Sadələşdirilmiş vergi xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Sadələşdirilmiş verginin bəyannaməsinin onlayn rejimdə hazırlanması və göndərilməsi Məcburi Dövlət Sosial Sığorta (MDSS) haqqı Fərdi qaydada sahibkarlıq (repetitorluq) fəaliyyəti ilə məşğul olan fiziki şəxslər aşağıda qeyd olunan dərəcələrlə məcburi dövlət sosial sığorta haqqını özü-özləri üçün hesablayıb ödəməlidirlər. "Sosial sığorta haqqında" qanunun 14.5.1 maddəsində qeyd olunub ki, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının (2022-ci il yanvarın 1-dən 300 manat) tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının: Bakı şəhərində 100 faizi - 75 manat; Sumqayıt və Gəncə şəhərlərində 90 faizi - 67.50 manat; digər şəhərlərdə 80 faizi - 60 manat; rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi - 45 manat; kənd yerlərində 50 faizi - 37.50 manat. miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, və sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Sığortaedənlər rüb başa çatdıqdan sonra uçotda olduqları vergi orqanına növbəti ayın 20-dən gec olmayaraq sığorta haqları barədə vergi orqanlarına bəyannamə təqdim edilməlidir. Hesabat dövründə fəaliyyət göstərmədiyi halda AR Vergi Məcəlləsində müəyyən edilmiş qaydada uçotda olduqları vergi orqanına hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etməlidirlər. İcbari Tibbi Sığorta (İTS) haqqı 01.04.2020 tarixindən etibarən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər üzrə (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) – minimum aylıq əməkhaqqının (2022-ci il yanvarın 1-dən 300 manat) 4 faizi - 12 manat məbləğində icbarı tibbi sığorta haqqı ödəməlidirlər. Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) üzrə sığorta haqqı hər ay üçün hesablamalıdır. Hesablanmış məbləğ hesabat ayından sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilməli və hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödənilmiş icbari tibbi sığorta haqları barədə vergi orqanlarına bəyannamə təqdim edilməlidir. Sığortaedənlər Məcburi Dövlət Sosial Sığorta (MDSS) haqqı və İcbari Tibbi Sığorta (İTS) haqqı üzrə hesabatları elektron qaydada təqdim etmək imkanlarına malikdirlər. Bunun üçün əvvəlcə AR Vergilər Nazirliyinin rəsmi saytına (www.taxes.gov.az) daxil olub "Xidmətlər" menyusundan "Elektron xidmətlər" bəndini və "Bölmə" hissəsində isə Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə (Vergi, MDSS, İS, İTS) xidmətini seçilməlidir. Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə (Vergi, MDSS, İS, İTS) - İstifadəçi Təlimatı
Misal 1.
Repetitorlar nağd pul hesablaşmaları zamanı şagirdlərə qəbz və digər ciddi hesabat blanklarını təqdim etməlidirlər. Belə ki, şagirddən ödəniş qəbl etdikdə repetitor ona ciddi hesabat blankı olan mədaxil qəbzi yazıb verməlidir.
Bakı şəhərində repetitor fəaliyyəti ilə məşğul olan müəllim ay ərzində repetitorluq fəaliyyətindən 1 500 manat gəlir əldə etmişdir. Oğuz rayonunun Xaçmaz kəndində repetitorluq edən digər müəllim isə ay ərzində repetitorluq fəaliyyətindən 1 000 manat gəlir əldə etmişdir. Müəllimlər əldə etdiyi gəliri üzrə onlara aşağıda göstərilən vergi və sosial ödənişlər hesablanacaqdır: Bakı şəhərində
Oğuz rayonunun Xaçmaz kəndində
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi. Maddələr: 218, 219, 221.6 Yazı sonuncu dəfə 2022-10-20 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.