e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda vergi və kredit güzəştlərinin tikinti sektoruna da aid edilməsi təklif edilib

2020-05-02 | İqtisadiyyat | 3690

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) vergi güzəştlərinin tikinti sektoruna da aid edilməsini təklif edib. ASK-dan “APA-Economics”ə verilən məlumata görə, bu təklifi Konfederasiyanın tərkibində fəaliyyət göstərən “Tikinti müəssisələri ilə İş Komissiyası”nın iclası zamanı ASK-nın vitse-prezidenti Vüqar Abbasov səsləndirib.

İclasda pandemiyasından zərərçəkən tikinti şirkətlərində əmək ödənişləri ilə bağlı dəstək proqramının tətbiqi, vergi güzəştləri, bank kreditləri ilə bağlı vəziyyət müzakirə edilib.

V. Abbasov həmçinin tikinti sektoruna kredit güzəştlərinin də şamil edilməsini təklif edib.

O tikinti sektorunun iqtisadiyyatda lokomotiv rolu oynadığını və arxasınca çox sahələri apardığını vurğulayıb. Məhz buna görə sektorun dayanmaması üçün ASK-nın vitse-prezidenti kreditləşmənin, xüsusən də güzəştli kreditlərin verilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində, Komissiyanın sədri Şahin Məmmədov mövcud vəziyyətlə bağlı məlumat verərək, karantin dövründə tikinti sektorunda da fəaliyyətin zəiflədiyini bildirib. Daha sonra sahibkarlar mövcud vəziyyətlə bağlı məlumat veriblər. Tikinti materialları sahəsində çalışan şirkətlər ötən müddətdə satışın kəskin zəifləməsi, inşaat sektorunda çalışan işçilərin əmək haqlarının ödənilməsi məsələsini müzakirə ediblər. İclasın sonunda təkliflər toplanaraq sənədləşdirilib.

Hüseyn Vəliyev

Mənbə: https://apa.az/az/sahibkarliq-fealiyyeti/Azrbaycanda-vergi-v-kredit-guzstlrinin-tikinti-sektoruna-da-aid-edilmsi-tklif-edilib-584155


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.