İdxalı və satışı ƏDV-dən azad edilən KIV məhsullarının və kitabların, habelə dərslik komplektlərinin siyahısı təsdiqləndi.
2022-05-14 | Vergilər | 4980
13 May 2022-ci il tarixli, 184 N-li Qərarı ilə AR Nazirlər Kabineti idxalı və satışı ƏDV-dən azad edilən KIV məhsullarının və kitabların, habelə dərslik komplektlərinin siyahısı təsdiqləndi.
"İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi
informasiya vasitələri məhsullarının və kitabların (elektron
kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və
həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və
..ya vərəqə şəklində kağızın Siyahısı"nın təsdiq edilməsi barədə
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr
tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun
tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli
1533 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi
informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar
istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların
(məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində
kağızın Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 13 may 2022-ci il
№ 184
XİF MN üzrə
kod |
Malların təsviri |
4801 00 000 0 |
Rulonlarda və ya vərəqlər şəklində qəzet
kağızı |
4802 54 000 0 |
4801 və ya 4803 mal mövqeyinin kağızından
başqa, tərkibində mexaniki və ya kimyəvimexaniki üsulla alınmış liflər olmayan və ya
tərkibində belə liflərin ümumi miqdarı lif
kütləsinin 10 %-dən çox olmayan, 1 m2
-nin
kütləsi 40 q-dan az olan rulonlarda və ya
istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil
olmaqla) vərəqlərdə, yazı, çap və ya digər
qrafik məqsədləri üçün istifadə edilən
təbaşirlənməmiş kağız və karton |
4802 55 150 0
4802 55 250 0
4802 55 300 0
4802 55 900 0
|
4801 və ya 4803 mal mövqeyinin kağızından
başqa, tərkibində mexaniki və ya kimyəvimexaniki üsulla alınmış liflər olmayan və ya
tərkibində belə liflərin ümumi miqdarı lif
kütləsinin 10 %-dən çox olmayan, 1 m2
-nin
kütləsi 40 q və ya daha çox, lakin 150 q-dan
çox olmayan, rulonlarda, yazı, çap və ya digər
qrafik məqsədləri üçün istifadə edilən
təbaşirlənməmiş kağız və karton |
4802 56 800 0 |
4801 və ya 4803 mal mövqeyinin kağızından
başqa, tərkibində mexaniki və ya kimyəvimexaniki üsulla alınmış liflər olmayan və ya
tərkibində belə liflərin ümumi miqdarı lif
kütləsinin 10 %-dən çox olmayan, 1 m2
-nin
kütləsi 40 q və ya daha çox olan, lakin 150 qdan çox olmayan, açılmış halda bir tərəfinin
ölçüsü 435 mm-dən, digər tərəfinin ölçüsü
297 mm-dən çox olmayan vərəqlərdə, yazı,
çap və ya digər qrafik məqsədləri üçün
istifadə edilən təbaşirlənməmiş kağız və
karton (bir tərəfinin ölçüsü 297 mm və digər
tərəfinin ölçüsü 210 mm olan A4 formatlı
vərəqlərdən başqa) |
4802 57 000 0 |
4801 və ya 4803 mal mövqeyinin kağızından
başqa, tərkibində mexaniki və ya kimyəvimexaniki üsulla alınmış liflər olmayan və ya
tərkibində belə liflərin ümumi miqdarı lif
kütləsinin 10 %-dən çox olmayan, 1 m2
-nin
kütləsi 40 q və ya daha çox olan, lakin 150 qdan çox olmayan, açılmış halda bir tərəfinin
ölçüsü 435 mm-dən, digər tərəfinin ölçüsü
297 mm-dən çox olan vərəqlərdə, yazı, çap
və ya digər qrafik məqsədləri üçün istifadə
edilən təbaşirlənməmiş kağız və karton |
4802 58 100 0
4802 58 900 0 |
4801 və ya 4803 mal mövqeyinin kağızından
başqa, tərkibində mexaniki və ya kimyəvimexaniki üsulla alınmış liflər olmayan və ya
tərkibində belə liflərin ümumi miqdarı lif
kütləsinin 10 %-dən çox olmayan, 1 m2
-nin
kütləsi 150 q-dan çox olan rulonlarda və ya
istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil
olmaqla) vərəqlərdə, yazı, çap və ya digər
qrafik məqsədləri üçün istifadə edilən
təbaşirlənməmiş kağız və karton |
4802 61 150 0
4802 61 800 0 |
4801 və ya 4803 mal mövqeyinin kağızından
başqa, tərkibində mexaniki və ya kimyəvimexaniki üsulla alınmış liflərin ümumi miqdarı
lif kütləsinin 10 %-dən çox olan, rulonlarda,
yazı, çap və ya digər qrafik məqsədləri üçün
istifadə edilən təbaşirlənməmiş kağız və
karton |
4802 62 000 0
4802 69 000 0 |
4801 və ya 4803 mal mövqeyinin kağızından
başqa, tərkibində mexaniki və ya kimyəvimexaniki üsulla alınmış liflərin ümumi miqdarı
lif kütləsinin 10 %-dən çox olan, vərəqlərdə,
yazı, çap və ya digər qrafik məqsədləri üçün
istifadə edilən təbaşirlənməmiş kağız və
karton |
4810 13 000 0
4810 14 000 0
4810 19 000 0
4810 22 000 0
4810 29 300 0
4810 29 800 0 |
Bir və ya hər iki tərəfi bağlayıcı maddələr
işlədilməklə və ya onlarsız kaolinlə (Çin gili
ilə) və ya digər qeyri-üzvi maddələrlə
örtülmüş, hər hansı bir digər örtüksüz,
boyanmış və ya boyanmamış, dekorasiyalı
səthli və ya onsuz, çap olunmuş və ya çap
olunmamış, rulonlarda və ya istənilən ölçülü
düzbucaqlı (kvadrat da daxil olmaqla)
vərəqlər şəklində yazı, çap və ya digər qrafik
məqsədləri üçün kağız və karton |
4820 90 000 0-
dan |
Kitabların cildlənməsi üçün tikilən kağız və
karton üzlük |
4901 |
Çap edilmiş kitablar, broşürlər, vərəqlər və
analoji çap materialları, kitab şəklində
bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində |
4902 |
İllüstrasiyalı və ya illüstrasiyasız, içində
reklam materialı olan və ya olmayan qəzetlər,
jurnallar və digər dövri nəşrlər |
4903 00 000 0 |
Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə
üçün uşaq kitabları |
4904 00 000 0 |
Cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və
ya illüstrasiyasız çap olunmuş və ya əlyazma
notlar |
4905 20 000 0
|
Kitablar şəklində çap edilmiş atlaslar, divar
xəritələri, topoqrafik planlar da daxil olmaqla,
coğrafi və hidroqrafik xəritələr və ya bütün
növ analoji xəritələr |
Mənbə: https://nk.gov.az/az/document/6120/
|