Bələdiyyə maaşlarının verilməsinə görə Operativ Qərargaha müraciət ediləcək2020-04-24 | Kadr işi | 4274Bələdiyyələr maaşlarının verilməsinə görə dövlət büdcəsindən maliyyələşmirlər. Bununla bağlı biz Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edəcəyik. Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, bələdiyyələrə dövlət tərəfindən dotasiyalar verilir: “Bu gün bələdiyyələrin maaş vermək imkanı yoxdur. Ona görə həmin insanların maaşlarının verilməsi ilə bağlı müraciət edəcəyik”. Deputat Kamran Bayramov isə 9 minə qədər bələdiyyə işçisinin və qulluqçusunun maaşlarının bir hissəsinin dövlət tərəfindən verilməsini təklif edib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.