Sual-Cavab |
|
Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi
Mənfəət vergisinin ödəyicisi olan işəgötürən tərəfindən işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162-ci (Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi) maddəsinin birinci hissəsində nəzərdə tutulan minimum məbləğdən daha artıq məbləğ ödənilərsə, həmin artıq məbləğ işəgötürənin vergi tutulan gəlirlərindən çıxıla bilərmi?
|
|
VÖEN-in bağlanması
VÖEN-i onlayn qaydada, yəni internet vasitəsilə bağlamaq mümkündürmü? VÖEN-in aktiv olub-olmadığını necə yoxlamaq olar?
|
|
ƏDV ödəməyən müəssisə sertifikatı necə icra etməlidir?
ƏDV ödəyicisi olan müəssisənin müştərilərinin əksəriyyəti vergiyə "0" faiz dərəcəsi ilə cəlb olunur. Müəssisə bu halda ƏDV hesabatını "0" dərəcəyə görə verdikdə hansı addımları atmalıdır? "0" faiz dərəcəsi üzrə sertifikatı necə icra etməlidir?
|
|
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
Müəssisə mənfəət vergisi ödəyicisidir, işçilərinə əməkhaqqı verir, əməkhaqqı məbləği 8.000 manatdan az olduğuna görə ödəmə mənbəyində vergi tutulmur. Ödəmə mənbəyində vergi tutulmadığı üçün Vergi Məcəlləsinin 150.3.3.3-cü maddəsinə əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi mükəlləfiyyətinin ləğv edilməsi üçün vergi orqanına müraciət edə bilərikmi?
|
|
Əcnəbilərin gəlirləri vergiyə cəlb olunurmu?
Xarici şirkətlərin Azərbaycandakı filialları respublika ərazisində rezident olan sifarişçi şirkətlər üçün xidmət göstərirlər. Bu xidmətin yerinə yetirilməsi üçün ana şirkət olan qeyri-rezident şirkətin baş ofisi ilə əmək müqaviləsi bağlayaraq işləyən xarici vətəndaşlar Azərbaycana ezam olunurlar. Burada gördükləri işlərə görə baş ofisdən məvacib alır, digər sosial xarakterli xərcləri (mənzil kirayəsi, nəqliyyat, kommunikasiya, yemək xərcləri) Azərbaycandakı filialı tərəfindən ödənilir. Məvaciblər isə sonradan baş ofisin Azərbaycandakı filialının verdiyi hesab-faktura əsasında əvəzi ödənilir. Bu zaman xarici vətəndaşların hansı gəlirləri, hansı qaydada vergiyə, sosial sığorta ödənişlərinin hesablanmasına cəlb olunmalıdır? Xarici vətəndaşların Azərbaycan ərazisində xidmət göstərmək üçün bağlanmış ezamiyyə müqavilələri mülki-hüquqi müqavilələr sırasına aid edilirmi?
|
|
Faktiki qiymət, yoxsa gömrük rüsumu?
Müəssisə xaricdən satış üçün mebel idxal edir və ödənişlər satışdan sonra bank vasitəsilə hissə-hissə xarici şirkətə köçürülür. Malın dəyərinin ödənişi ilə əlaqədar əməliyyatlar sonradan aparıldığı üçün gömrük orqanı tərəfindən faktiki malın invoys dəyəri qaldırılaraq, yüksək dəyərlə qiymətləndirilir. Bununla əlaqədar malın dəyəri süni şəkildə artırılır. Bəs həmin mallar təqdim olunanda hesabat üzrə faktiki qiymətlə, yoxsa gömrük dəyəri ilə bəyan edilməlidir?
|
|
Sahibkarlıq fəaliyyəti subyektlərinə xidmət göstərən sahibkarın vergi öhdəliyi
Fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərən şəxslərə hansı vergi növü tətbiq edilir?
|
|
Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərin vergi öhdəliyi
Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxs hansı verginin ödəyicisi olmalıdır?
|
|
Aliment alan valideynə vergi güzəşti verilirmi?
Bəs aliment öhdəliyini yerinə yetirən valideyn işlədiyi yerdə əməkhaqqından vergi ödəyərkən hər hansı güzəşt əldə edə bilərmi? Sağlamlıq imkanları məhdud olan uşaqlar adətən anaları ilə qalırlar. Bu zaman ona aliment verən ataya hər hansı vergi güzəşti verilirmi?
|
|
Lotereya biletlərinin satışı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi
Fiziki şəxs vergi ödəyicisi kimi lotereya biletlərini şirkətdən müqavilə əsasında alaraq, komisyon qaydada vergi ödəyicisi olmayan fiziki şəxslərə parakəndə satarsa, sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?
|
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.