e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

103 Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması

103 №li "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" hesabında qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır. Bura qeyri-maddi aktivin alış dəyəri, quraşdırlıması, hazır vəziyyətə gətirilməsi və qeyri-maddi aktiv ilə bağlı sair xərclər aiddir. Qeyri-maddi aktiv istismara hazır olduqda 103 saylı "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" hesabında toplanan məbləğ 101 "Qeyri-maddi aktivlər-Dəyər" hesabının debetinə silinir.

103 №li "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" hesabı üzrə aşağıdakı subhesablar açılır:

  • 103-1 №li "Təcrübə-konstruktor işləri ilə bağlı məsrəflərin kapitallaşdırılması";
  • 103-2 №li "Ticarət markaları ilə bağlı məsrəflərin kapitallaşdırılması";
  • 103-3 №li "Proqram təminatı ilə bağlı məsrəflərin kapitallaşdırılması";
  • 103-4 №li "Patentlərlə bağlı məsrəflərin kapitallaşdırılması";
  • 103-5 №li "Müəllif hüquqları ilə bağlı məsrəflərin kapitallaşdırılması";
  • 103-6 №li "Lisenziyalarla bağlı məsrəflərin kapitallaşdırılması";
  • 103-7 "Digər qeyri-maddi aktivlər ilə bağlı məsrəflərin kapitallaşdırılması".

Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Alınmış QMA-in dəyəri 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 10 000
2 QMA işlək vəziyyətə gətirilməsi üçün çəkilmiş xərclər-əmək haqqı 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 1 000
3 QMA istismara verilməsi 101 "Qeyri-maddi aktivlərin dəyəri" 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" 11 000

Yazı sonuncu dəfə 2018-05-06 tarixində yenilənib.

Qeyri-maddi aktivlər məsrəflərin kapitallaşdırılması


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.