e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

405 Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər(uzunmüddətli)

Müəssisə məhdud, lakin hesabat tarixindən sonra 12 aydan artıq müddət ərzində geri alınacaq imtiyazlı səhmlər buraxdığı zaman, bu səhmlər "Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)" adlı 405-ci hesabda təqdim edilir.

İmtiyazlı səhm - Emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, sahibinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində divident almasına təminat verən, emitentin ləğvindən sonra onun qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququ, habelə, səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür. İmtiyazlı səhmlər üzrə müəyyən olunmuş divident adi səhmdarlara hər hansı bir ödəmə edilməmişdən əvvəl ödənilir. Yuxarıda sadalanan üstünlüklərinə baxmayaraq, bu cür səhmlər səsvermə hüququna malik olmurlar və mənfəət artanda, adi səhmdarlardan fərqli olaraq, imtiyazlı səhmdarların divident gəlirləri artmır.

Səhmdar cəmiyyət səhmdardan ona məxsus imtiyazlı səhmləri aldığı zaman müxabirləşmə 405 "Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər(uzunmüddətli)" hesabının debeti və pul hesablarının krediti üzrə aparılır.

Səhmdar cəmiyyəti tərəfindən alınan imtiyazlı səhmlərin ləğv edilməsi 405 "Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər(uzunmüddətli)" hesabın krediti və 301 "Nominal (nizamnamə) kapital" hesabının debiti üzrə aparılır.

Misal. Müəssisə 1 500 ədəd 100 manat dəyərində imtiyazlı səhm buraxıb. Buraxılan imtiyazlı səhmlərin müddəti 2 ildir, və bu müddət bitdikdən sonra müəssisə tərəfindən geri alınacaqlar. İmtiyazlı səhm sahibləri hər il səhmlərin 5% məbləğində divident alacaqlar.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İmtiyazlı səhmlərin satışı 223 "Bank hesablaşma hesabları" 405 "Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər(uzunmüddətli)" 150 000
2 Hesabat dövrü üçün imtiyazlı səhmlərin divident xərcləri uçota alınır. 751-1 "Faiz xərcləri" 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" 7 500
3 Gələn ilin imtiyazlı səhmlərin divident xərcləri uçota alınır. 191 "Gələcək dövrlərin xərcləri" 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" 7 500
4 2 ildən sonra imtiyazlı səhmlərin geri alınması. 405 "Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər(uzunmüddətli)" 223 "Bank hesablaşma hesabları" 150 000

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

405 Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər(uzunmüddətli)


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.