e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tikinti fəaliyyəti - Mühasibat uçotu podratçıda

Podratçı dedikdə baş podratçı və subpodratçı müəssisələr nəzərdə tutulur. Belə ki, podratçı müəssisə başqa tikinti müəssisəsini tikinti işlərinin bir hissəsinin görülməsi üçün cəlb edə bilər. Belə olduqda, podratçı müəssisə baş podratçı, cəlb edilən müəssisə isə subpodratçı olacaqdır. Cəlb edilən müəssisə də öz nğvbəsində başqa tikinti müəssisəsini cəlb edə bilər. Onların da münasibətləri baş podratçı və subpodratçı kimi müəyyən ediləcəkdir. Lakin, sifarişçi ilə müqavilə yalnız birinci baş podratçı tərəfindən bağlanılır.

01.01.2018 tarixinə kimi Tkinti müqavilələri üzrə gəlirlərin tanınması "Tikinti muqavilələri. İAS11" Mühasibat Uçotunun Beynəlxalq Standartı ilə tənzimlənirdi. 01.01.2018 tarixindən tikinti müqavilələri üzrə gəlirlər "Müştərilərlə müqavilələr üzrə gəlirlər. IFRS 15" Maliyyə Hesabatlarının Beynəlxalq Standartı əsasında tanınır.

Tikinti müəssisələrində mühasibat uçotunun predmeti əsasən aşağıdakılardır:

  • məsrəflərinin təsnifatı və uçotu;
  • tikinti materiallarının uçotu;
  • işçi heyəti ilə bağlı məsrəflərin uçotu;
  • əsas vəsaitlərin uçotu;
  • gələcək hesabat dövrlərinin xərclərinin uçotu;
  • bitməmiş tikinti işlərinin uçotu;
  • sair aktiv, kapital, öhdəlik və əməliyyatların uçotu.

Podrat tikinti təşkilatlarının gəlir və xərcləri birbaşa tikintidən və satışdankənar gəlirlər və xərclərdən ibarət olur. Bu məqalədə tikinti müəssisələrinin tikinti podratı müqavilələrinə uyğun olaraq həyata keçirilən tikinti-quraşdırma işlərinin təqdim olunmasından yaranan gəlirlər və xərclər barədə deyiləcəkdir.

Podratçı müəssisə tikinti obyekti ilə bağlı olan bütün xərcləri 203 "Tikinti müqavilələri üzrə məsrəflər" hesabında uçota alır.

Bu hesaba aşağıdakı subhesablar açıla bilər:

  • 203-1 "Tikintidə istifadə olunmuş xammal və materiallar";
  • 203-2 "Tikinti ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflər";
  • 203-3 "Tikinti ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesabalanılan sosial sığorta ayırmaları";
  • 203-4 "Tikintidə istifadə edilən aktivlər üzrə amortizasiya məsrəfləri";
  • 203-5 "Tikinti ilə bağlı sair məsrəflər".

Bundan başqa, 203-cü hesabın subhesabları üzrə hər tikinti müqaviləsi və ya tikinti obyekti üzrə ayrı subhesab yaradılır. Misal üçün:

  • 203-1.A "Tikintidə istifadə olunmuş xammal və materiallar - Müqavilə A",
  • 203-2.A "Tikinti ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflər - Müqavilə A",
  • 203-1.B "Tikintidə istifadə olunmuş xammal və materiallar - Müqavilə B"
  • 203-2.B "Tikinti ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflər - Müqavilə B" və s.

203 "Tikinti müqavilələri üzrə məsrəflər" hesabında tikinti işlərinin görülməsinə çəkilmiş faktiki birbaşadolayı xərclərin dəyəri əks olunur.

Birbaşa xərclərə bir tikinti obyektinə birbaşa silinmiş inşaat materiallarının dəyəri, sahələrdə işləyən işçilərin əmək haqqları, əmək haqqlarına hesablanan sosial sığorta ayırmaları, subpodratçıların və digər müəssisələrin göstərdikləri xidmətlərin dəyəri (elektrik enerjisi, su, qaz, nəqliyyat və s.), tikintidə birbaşa iştirak edən tikinti maşın və avadanlıqların amortizasiyası və s. aid edilir.

Dolayı xərclərə isə bir neçə tikinti obyektinə (bir neçə müqavilə üzrə) aid edilən xərclər aid edilir. Bu ra əsasən tikinti maşın və avadanlıqlarına qulluq edən fəhlələrin əmək haqqısı və bu əmək haqqısına hesablanan sosial sığorta ayırmaları, tikinti maşın və avadanlıqlara silinən yanacaq, maşın və avadanlıqların amortizasiyası, tikinti maşın və avadanlıqların icarə haqqları və s. aid edilir.

İnzibati heyyətin əmək haqqısı və bu əmək haqqına hesablanan sosial sığorta ayırmaları, inzibati binanın və avadanlıqların amortizasiyası, kommunal xərcləri və s. inzibati xərlcər isə 721 "İnzibati xərclər" hesabında əks olnur.

203-cü hesabın qalığı tikinti müqavilələri üzrə bitməmiş tikinti işlərinin dəyərini əks etdirir.

Podratçı (subpodratçı) tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərindən yaranan gəlir sifarişçi ilə bağlanmış müqavilə şərtlərinə görə 2 üsul ilə tanına bilər:

  • tikinti obyektinin tam tikilib qurtardıqdan sonra təhvil verilməsi və gəlirin tanınması;
  • tikinti obyektinin ayrı-ayrı iş mərhələlərinə görə təhvil verimləsi və gəlirin tanınması.

Tikinti işləri baş podratçıya təhvil verildikdən sonra 203-cü hesabda yığılan məbləğ 701-2 "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri" hesabına silinir. Bu hesabda da müvafiq müqavilələr və ya tikinti obyektləri üzrə subhesablar açıla bilər:

  • 701-2.A "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri - Müqavilə A”,
  • 701-2.B "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri - Müqavilə B” və s.

Bitməmiş tikinti işləri üzrə mərhələlər baş podratçıya və ya sifarişçiyə hissə-hissə təhvil verildikdə Forma 2 - yerinə yetirilən işlər haqqında Arayış tərtib edilir.

Baş podratçı ilə podratçı arasında hesablaşmalara əsas Forma 3 - yerinə yetirilən podrat işlərinin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid Arayışdır. Forma 3 əsasında baş podratçı öz uçotunda bitmiş və gəbul edilmiş tikinti işlərin məbləğini əks etdirir. Baş podratçının özünün gördüyü işlər üzrə ayrı Forma 3, subpodratçıların gördüyü işlər üzrə isə ayrı Forma 3 tərtib edilir.

Bundan sonra baş podratçı sifarişçiyə baş podrat üzrə yekun sənədləri təqdim edir.

Misal. Tikinti obyektinin tam tikilib qurtardıqdan sonra təhvil verimləsi.

Müəssisə sifarişçi üçün anbar binasının inşası ilə bağlı tikinti müqaviləsi imzalayıb. Müqaviləyə əsasən binanın tikinti işlərinin qiyməti 150 000 manat təşkil edir. Anbar binasının inşasının smeta dəyəri 120 000 manat təşkil edir. Bina 11 ay müddətində inşa edilməlidir. Müqavilə şərtlərinə əsasən sifarişçi öncədən tikinti işlərinin qiymətinin 60% avans olaraq ödəməlidir, qalan 40% isə işlər bitdikdən sonra ödəniləcəkdir. İl ərzində binanın inşası üçün aşağıdakı xərclər aparılmışdır:

  • materiallar - 60 000 manat
  • işçilərin əmək haqqısı - 30 000 manat
  • DSMF-na ayırmalar - 6 600 manat
  • avadanlığın amortizasiyası - 3 400 manat
  • subpodtaçıların gördüyü işlər - 15 000 manat
  • sair xərclər - 5 000 manat


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Sifarişçidən podratçının hesablaşma hesabına avans daxil olmuşdur 223 "Bank hesablaşma hesabları" 543 "Alınmış qısamüddətli avanslar" 90 000
2 Tikintidə istifadə edilən material xərcləri 203 "Tikinti müqavilələri üzrə məsrəflər" 201-1 "Xammal və materiallar" 60 000
3 Tikintidə işləyən işçilərin əmək haqqı xərcləri 203 "Tikinti müqavilələri üzrə məsrəflər" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 30 000
4 DSMF ayırmalar 203 "Tikinti müqavilələri üzrə məsrəflər" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 6 600
5 Tikintidə istifadə edilən avadanlığın amortizasiyası 203 "Tikinti müqavilələri üzrə məsrəflər" 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" 3 400
6 Subpodratçıların gördüyü işlər gəbul edilir 203 "Tikinti müqavilələri üzrə məsrəflər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 15 000
7 Sair xərclər əks olunur 203 "Tikinti müqavilələri üzrə məsrəflər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 5 000
8 Tikinti obyekti sifarişçiyə təhvil verilir - xərclərin silinməsi 701-2 "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri" 203 "Tikinti müqavilələri üzrə məsrəflər" 120 000
9 Tikinti obyekti sifarişçiyə təhvil verilir - gəlirin əks olunması 215 "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları" 601-3 "Tikinti müqavilələri üzrə gəlir" 150 000
10 Sifarişçidən alınmış avans bağlanır 543 "Alınmış qısamüddətli avanslar" 215 "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları" 90 000
11 Sifarişçidən podratçının hesablaşma hesabına qalan məbləğ daxil olmuşdur 223 "Bank hesablaşma hesabları" 543 "Alınmış qısamüddətli avanslar" 60 000
12 Podratçı müəssisənin hesabat ilinin sonunda mənfətinin(zərərin) müəyyən edilməsi - gəlirlər silinir 601-3 "Tikinti müqavilələri üzrə gəlir" 801 "Ümumi mənfəət (zərər)" 150 000
13 Podratçı müəssisənin hesabat ilinin sonunda mənfətinin(zərərin) müəyyən edilməsi - xərclər silinir 801 "Ümumi mənfəət (zərər)" 701-2 "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri" 120 000
Misal. Tikinti obyektinin ayrı-ayrı iş mərhələlərinə görə təhvil verimləsi.

Müəssisə sifarişçi üçün anbar və istehsalat binalarının inşası ilə bağlı tikinti müqaviləsi imzalayıb. Müqaviləyə əsasən anbar binasının tikinti işlərinin qiyməti 150 000 manat, intehsalat binasının tikinti işlərinin qiyməti isə 200 000 manat təşkil edir. Anbar binasının inşasının smeta dəyəri 120 000 manat, intehsalat binasının isə 160 000 manat təşkil edir. Binalar 18 ay müddətində inşa edilməlidir. Müqavilə şərtlərinə əsasən sifarişçi öncədən tikinti işlərinin qiymətinin 60% avans olaraq ödəməlidir, qalan 40% isə işlər bitdikdən sonra ödəniləcəkdir. İl ərzində binaların inşası üçün aşağıdakı xərclər aparılmışdır:

  • materiallar - 60 000 manat
  • işçilərin əmək haqqısı - 30 000 manat
  • DSMF-na ayırmalar - 6 600 manat
  • avadanlığın amortizasiyası - 3 400 manat
  • subpodtaçıların gördüyü işlər - 15 000 manat
  • sair xərclər - 5 000 manat


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Sifarişçidən podratçının hesablaşma hesabına avans daxil olmuşdur 223 "Bank hesablaşma hesabları" 543 "Alınmış qısamüddətli avanslar" 90 000


Yazı sonuncu dəfə 2019-04-14 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.