e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tikinti fəaliyyəti - sənədləşmə

Podrad üsulu ilə tikiniti işlərinin görülməsi zamanı hazırlanan əsas sənədlər aşağıdakılardır:

  • Forma 2 - yerinə yetirilən işlər haqqında Arayış;
  • Forma 3 - yerinə yetirilən podrat işlərinin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid Arayış

Smetaların tərtib edilməsi

Smeta – tikintiyə sərf ediləcək maliyyə xərclərinin əks olunduğu sənədlərdir. Smeta tikinti müqaviləsinə əlavə olunur və onun bir hissəsini təşkil edir. Smetada tikinti obyektinin tikintisi üçün tələb olunan pul vəsaitləri göstərilir. Tikinti obyektlərinin smeta dəyərinə adətən daxildir:

  • tikinti (təmir-tikinti) işlərinin dəyəri;
  • avadanlığın quraşdrırılması işlərinin (quraşdırma işlərinin) dəyəri;
  • avadanlığın, mebelin və ləvazimatların alınmasına (hazırlanmasına) çəkilən məsrəflər;
  • sair məsrəflər.

Tikilən müxtəlif təyinatlı müəssisə, bina və qurğuların tikintisi smeta dəyərini müəyyən etmək üçün smeta sənədləri hazırlanır. Smetalar ümumilikdə, tikinti fəaliyyətinin fərqləndirici xüsusiyyətlərindəndir.

Smeta sənədlərinə daxildir: lokal smeta, lokal smeta hesablamaları, obyekt smetası, obyekt smeta hesablamaları, ayrı-ayrı məsrəflərin smeta hesablamaları, toplu smeta hesablamaları, məsrəf hesablamaları və digər smeta sənədləri.

Lokal smetalar ilkin smeta sənədlərinə aiddir və və ayrı-ayrı işlərin və binalar və qurğular üzrə məsrəflərin "İşçi Sənədlərində" (İS) olan həcmlərinə uyğun hazırlanırlar.

İşlərin həcmi və məsrəflərin miqdarı tam müəyyən edilməyibsə və gələcəkdə "İşçı Sənədləri" (İS) əsasında dəqiqləşdiriləcəksə lokal smeta hesablamaları hazırlanır.

Lokal smetalar və smeta hesablamaları ayrı-ayrı iş və xərc növlərinin dəyərinin müəyyən edilməsi üçün əsas kimi çıxış edir. Bunun üçün xərclər barədə bütün məlumatlar tikilən obyektin ayrı-ayrı konstruktiv elementləri və iş növləri üzrə bölmələrdə qruplaşdırılır. Bunlara əsasən torpaq işləri, bünövrə və yeraltı (torpaqaltı) hissə, divarlar, karkas, arakəsmələr, döşəmə, tavan və s. aid edilir.

Lokal smeta hesablamaları (smetalar) əsasında müəyyən edilən dəyər birbaşa və əlavə məsrəfləri, həmçinin tikinti işlərinin növündən asılı olaraq ümumsahə normativləri üzrə tərtib edilən smeta mənfəətini özündə birləşdirir. Bu zaman hesablama iş növləri üzrə smeta həcmləri üzrə işlərin yerinə yetirilməsi texnologiyasına uyğun ardıcıllıqla aparılır. Lokal smetalar, onların tərtibi zamanı bir qayda olaraq bölmələrə (konstruktiv elementlərə) ayrılır.

Obyekt smetası özündə bir tikinti obyektinə aid olan bir neçə lokal smetaları birləşdirir və onun əsasında tikinti müqavilələrinin qiyməti formalaşır.

Obyekt smeta hesablamaları özündə bir tikinti obyektinə aid olan lokal smeta hesablamalarını birləşdirir və "İşçi Sənədlərin" əsasında dəqiqləşdirilir.

Obyekt smetaları ümumilikdə tikinti obyekti üzrə tərtib edilir və aşağıdakı qrafalar üzrə qruplaşdırılır: “Tikinti işləri”, “Quraşdırma işləri”, “Avadanlıq, mebel, inventar”, “Digər xərclər”. Obyekt smetasının sonunda tikinti işlərinin dəyərinə aşağıdakı limitləşdirilmiş vəsaitlərin örtülməsinə vəsaitlər əlavə olunur:

  • hesablama yolu ilə, yaxud norma üzrə müəyyən edilən müvəqqəti bina və tikililərin dəyəri;
  • qış vaxtı işlərin yerinə yetirilməsi zamanı yaranan əlavə xərclərlə bağlı olaraq işlərin dəyərinin artması;
  • əvvəldən nəzərdə tutulmayan işlərin və xərclərin örtülməsinə ehtiyatlar.

Toplu smeta hesablamaları yekun sənəd hesab edilir, hansı ki, burada bütün obyekt smetaları üzrə, həmçinin mövcud normativlərdə nəzərdə tutulmayan ayrı-ayrı xərc növlərinə smeta hesablamaları üzrə, yekunlar ayrıca sətirlə göstərilir.

Yazı sonuncu dəfə 2021-01-29 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.