Tikinti müqavilələriTikintidə müqavilələr tikinti fəaliyyətinin subyektləri(iştirakçıları) arasında bağlanılır. Beləliklə, bu müqavilələr aşağıdakı iştirakçılar arasında bağlanıla bilər:
Sifarçı və layihəçi arasında müqavilə Tikinti layihəsini müvafiq lisenziyası olan hüquqi və ya fiziki şəxslər – layihəçi hazırlayır (sifarişçinin müvafiq lisenziyası olduğu təqdirdə, sifarişçinin özü). Sifarişçi layihəçini cəlb etməyi nəzərdə tutduqda, bu məqsədlə layihəçi AR Şəhərsalma və Tikinti Məcəlləsinin 48-ci maddəsinə əsasən müqavilə bağlayır. Müqaviləyə əsasən layihəçi sifarişçinin tapşırığı əsasən texniki sənədləri hazırlamalı və ya mühəndis-axtarış işlərini aparmalı, sifarişçi isə bu işlərin nəticəsini gəbul etməli və layihəçiyə buna görə ödəniş etməlidir. Layihəçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, həmçinin ekoloji, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə, habelə aparılmış mühəndis-axtarış işlərinin hesabatlarına uyğun hazırlanmasını təmin edir və buna cavabdehlik daşıyır. Sifarçı və baş podratçı arasında müqavilə. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi (tikinti obyektini tikməyi, tikniti işlərini yerinə yetirməyi), sifarişçi isə podratçıya zəruri şəraiti yaratmağı, onların nəticələrini qəbul etməyi və razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı tikinti müqaviləsi əsasında işlərin həcmini, məzmununu və onlara olan digər tələbləri müəyyən edən tikintiyə dair texniki sənədləri və işlərin qiymətini müəyyən edən smetanı sifarişçidən alır. Texniki sənədlərin tərkibi və məzmunu podrat müqaviləsində açıqlanır. Tikinti obyektində olan bütün işlər həmin sənədlərə ciddi riayət etməklə həyata keçirilməlidir. Texniki sənədlərdə podratçının yerinə yetirməli olduğu işlərin tərkibi və həcmi müəyyən edilir, və həmçinin, işlərin keyfiyyət göstəriciləri əks olunur. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Podrad müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, tikintinin materiallarla, o cümlədən detal və konstruksiyalarla, yaxud avadanlıqlarla təzhizetmə öhdəliyi podratçının üzərinə düşür. Podratçının yerinə yetirdiyi işlərin ödənişi smetada nəzərdə tutulan məbləğlərdə və tikinti podratı müqaviləsi üzrə müəyyən edilən qaydada və müddətlərdə sifarişçi tərəfindən aparılır. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Podratçı işlərin yerinə yetirilməsi üçün özünün öhdəliklərinin icrasına digər şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda o baş podratçı rolunu oynayır. Baş podratçı podrat müqaviləsi üzrə işlərin yerinə yetirilməsini öz üzərinə götürən və digər şəxsləri (subpodratçıları) onların yerinə yetirilməsinə cəlb edən hüquqi şəxs statuslu şəxs hesab edilir. Baş podratçı yerinə yetirilən işlərin təşkili və həmin işlərə rəhbərlik üzrə ümumi funksiyaları öz üzərində saxlamaqla işlərin bütün həcmini subpodratçılara verə bilər. Baş podratçı sifarişçi qarşısında subpodratçının öhdəliklərinin yerinə yetirilməməsinə, yaxud lazımi qaydada yerinə yetirilməməsinə görə, subpodratçılar qarşısında isə podrat müqaviləsi üzrə sifarişçinin öhdəliklərinin yerinə yetirilməməsinə, yaxud lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Baş podratçı və subpodratçı arasında müqavilə.
Normativ-hüquqi aktlar:
AR Şəhərsalma və Tikinti Məcəlləsi. Maddələr: 48 Yazı sonuncu dəfə 2020-05-18 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.