e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

      Sual-Cavab



Fəaliyyət növünün dəyişdirilməsi proseduru

Fəaliyyət növünün nə cür dəyişə bilərəm?

2019-10-12 | Vergilər | Baxılıb: 1933 dəfə

Müharibəsi iştirakçılarının və əlillərinin övladlarına verilən imtiyaz

Böyük Vətən müharibəsi iştirakçılarının və əlillərinin övladlarına verilən imtiyaz nə vaxtdan qüvvədədir?

2019-10-12 | Kadr işi | Baxılıb: 2130 dəfə

Təsisçi payının 50 faizini fiziki şəxsə əvəzsiz verirsə...

Təsisçi payının 50 faizini fiziki şəxsə əvəzsiz verirsə, bu halda həm müəssisə, həm fiziki şəxs üçün hansı vergi öhdəlikləri yaranacaq?

2019-12-05 | Vergilər | Baxılıb: 1873 dəfə

Əməkhaqqından tutulan gəlir vergisi üzrə güzəştlər

Əməkhaqqından tutulan gəlir vergisi üzrə güzəşt kimlərə şamil edilir?

2019-11-30 | Vergilər | Baxılıb: 1975 dəfə

Vergitutma məqsədləri üçün xərcin aid olduğu dövrün müəyyən edilməsi

aimi əsaslarla göstərilən xidmətlər üçün elektron qaimə-faktura (EQF) və ya elektron vergi hesab faktura (EVHF) həmin ay ərzində və ya ay sonu deyil, növbəti ayda təqdim edilir. Bu zaman vergitutma məqsədləri üçün xərcin aid olduğu dövr EQF (EVHF) təqdim edildiyi dövr (EQF-nın və ya EVHF-nın tarixi), yoxsa xidmətin göstərildiyi dövr olmalıdır? Bu halda vergi ödəyicisi vergitutma məqsədləri üçün xidməthaqqı xərcini dekabr 2019-cu ilə, yoxsa EQF-nin təqdim edildiyi yanvar 2020-ci ilə aid etməlidir?

2019-11-20 | Vergilər | Baxılıb: 1822 dəfə

Əmlakın dəyişdirilməsi zamanı vergi öhdəliyi

Vergi Məcəlləsində ev satışı zamanı vətəndaşların vergi ödənişi olduğu bildirilir. Lakin ev satışı həyata keçirilmir və sadəcə yaşayış yerləri dəyişdirilirsə, bu zaman vergi öhdəliyi necə olacaq?

2019-11-20 | Vergilər | Baxılıb: 2139 dəfə

Vergilər üzrə borcların dövlət büdcəsinə alınması haqqında sərəncam bir neçə banka verildikdə...

Vergi orqanının sərəncamı bir neçə banka verildikdə və banklardan biri həmin sərəncamı ödədiyi halda digər banklara ödənişin birinci bank tərəfindən həyata keçirilməsi barədə sənəd daxil olursa, vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, həmin vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.

Lakin ödəniş bank ilə yox, ƏDV depozit hesabı vasitəsilə ödənilibsə və ödənişin apaılması ilə bağlı sənəd banka daxil olubsa, həmin sənədə əsasən vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və ya maliyyə sanksiyalarının dövılət büdcəsinə alınmasını və ya ödənilməsini təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla belə vəsaitlər üzrə sərəncamın icrasını dayandıra bilərmi?

2019-11-15 | Vergilər | Baxılıb: 1946 dəfə

Nizamnamə kapitalına pay qoyuluşu zamanı vergi azadolmaları

Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə müvafiq olaraq idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) vergidən azaddır. Bu azadolmanın proseduru necə həyata keçirilir?

2019-11-13 | Vergilər | Baxılıb: 2306 dəfə

Ana müəssisə ilə törəmə müəssisə arasında maliyyə hesablaşmaları

Ana müəssisə törəmə müəssisəyə maliyyə yardımı kimi pul vəsaiti verir. Bu zaman ana müəssisə mənfəət vergisi bəyannaməsində verdiyi maliyyə yardımını öz xərcinə sala bilərmi? Törəmə müəssisənin ana müəssisədən aldığı pul vəsaiti törəmə müəssisənin gəliri sayılırmı və törəmə müəssisənin mənfəət vergisi bəyannaməsində gəlir kimi göstərilməlidirmi?

2019-11-04 | Mühasibat uçotu | Baxılıb: 2040 dəfə

Konservasiya edilmiş əsas vəsaitlərdən əmlak vergisinin hesablanması

Şirkətin konservasiya edilmiş (fəaliyyəti dayandırılmış) əsas vəsaitləri var. Vergi Məcəlləsinə görə onlara amortizasiya hesablanmır. Konservasiya edilmiş əsas vəsaitlərdən əmlak vergisi hesablanacaqmı?

2019-10-31 | Vergilər | Baxılıb: 1984 dəfə

Səhifələr: <<   <   1   2   3   4   5   6   7   >   >>  
Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.