e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

      Sual-Cavab



Qeydiyyat qaydaları

Hüquqi şəxsin qeydiyyatı üçün hansı sənədlər tələb olunur? Əgər təsisçi və ASAN imza olmasa, təyin ediləcək direktor adına yazılan etibarnamə ilə qeydiyyatdan keçmək mümkündürmü?

2020-02-15 | Hüquq | Baxılıb: 2092 dəfə

ƏDV-dən azad olunan əməliyyatlar

Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, mal əti satışı ƏDV-dən azad edilib. Bəs ƏDV ödəyicisi olan şirkət eyni zamanda digər malların satışını da həyata keçirirsə, ay ərzində bütün ƏDV-ni əvəzləşdirə bilərmi?

2020-02-15 | Vergilər | Baxılıb: 1869 dəfə

Elektron qaimə-faktura hansı müddətdə verilməlidir?

Elektron qaimə-faktura hansı müddətdə verilməlidir?

2020-02-15 | Vergilər | Baxılıb: 1741 dəfə

Məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödəniş qaydaları

Hüquqi şəxsin 2020-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borcu var. Həmin borc hüquqi şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilir. Hüquqi şəxs 2020-ci ilin 2-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı hesablayır və müvafiq hesabatı vergi orqanına təqdim edir. Bu zaman hüquqi şəxsin şəxsi hesab vərəqəsində həm 2020-ci ilin 1-ci rübü, həm də 2-ci rüb üçün sosial sığorta haqları üzrə borcu yaranır. Hüquqi şəxs 2-ci rüb üzrə hesablanmış sosial sığorta haqqı həcmində Dövlət Sosial Müdafiə Fonduna ödəniş edir. Bu zaman həmin ödəniş əvvəlki, yəni 1-ci rübdə yaranmış borcun ödənilməsinə aid edilirmi?

2020-02-07 | Vergilər | Baxılıb: 1868 dəfə

Malın alğı-satqısı zamanı ƏDV əvəzləşdirmələri

Fərdi sahibkar 7 yanvar 2020-ci ildə ƏDV ödəyicisi olan müəssisədən, ƏDV də daxil olmaqla, dəyəri 118.000 manat olan avadanlıq alıb. Satıcı alıcıya malın tam dəyərinə uyğun elektron qaimə-faktura təqdim edib. Alıcının 5 fevral 2020-ci ildə aldığı malın əsas dəyərinin 50.000 manatı satıcının bank hesabına, 9.000 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilib. Bu halda alıcının malın, ƏDV daxil olmaqla, tam dəyərini satıcıya ödəmədiyini nəzərə alsaq, 5 fevral 2020-ci ildə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?

2020-02-05 | Vergilər | Baxılıb: 1899 dəfə

ƏDV-nin kassa metodu əsasında hesablanması

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır?

2020-01-31 | Vergilər | Baxılıb: 1869 dəfə

Müharibə iştirakçılarının övladlarının vergi güzəştləri

Atası Böyük Vətən Müharibəsində döyüşərək əlil olmuş oxucumuz aylıq gəlirindən hansı məbləğdə gəlir vergisinin tutulmalı olduğunu aydınlaşdırmağı xahiş edib. O həm də bilmək istəyir ki, mövcud qayda Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi qüvvəyə minən gündən, yoxsa arayış təqdim olunan gündən icra olunur? Suala Vergilər Nazirliyi tərəfindən aydınlıq gətirilib.

2020-01-23 | Vergilər | Baxılıb: 2238 dəfə

Əlavə nəzarət tədbirləri

Müəssisəmiz riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi?

2019-12-28 | Vergilər | Baxılıb: 2203 dəfə

"Google play" hesabına pulun yüklənməsi

Bank hesabından "Google play" hesabına pul yüklənən zaman komissiya haqqı tutulmalıdırmı?

2019-12-17 | Vergilər | Baxılıb: 1794 dəfə

Qeyri-rezidentin ödədiyi məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?

Vergi güzəşti olan xarici ölkədəki müəssisəyə ( və ya fiziki şəxsə) alınan malın dəyəri, gömrük rüsumu və ƏDV ödənilib. Bu məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?

2019-12-14 | Vergilər | Baxılıb: 2496 dəfə

Səhifələr: <<   <   1   2   3   4   5   6   >   >>  
Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.