İcarəyə verən - Maliyyə icarəsiQeyd edildiyi kimi, icarəyə verən hər bir icarə müqaviləsini ya əməliyyat, ya da maliyyə icarəsi kimi təsnifləşdirməlidir. Təsnifləşdirmə icarəyə verilən aktivin mülkiyyətçiliyi ilə bağlı bütün risklər və mükafatlar ötürülməsinə əsasən aparılır. Əgər icarəyə verilən aktivin mülkiyyətçiliyi ilə bağlı əsas etibarilə bütün risklər və mükafatlar ötürülürsə, bu icarə maliyyə icarəsi kimi təsnifləşdirilir. Əgər icarəyə verilən aktivin mülkiyyətçiliyi ilə bağlı əsas etibarilə bütün risklər və mükafatlar ötürülmürsə, bu icarə əməliyyat icarəsi kimi təsnifləşdirilir. İcarənin təsnifatı icarə müddətinin başlanğıcında müəyyən edilir və yalnız icarə müqaviləsində dəyişiklik olduğu zaman yenidən qiymətləndirilir. İcarənin maliyyə yaxud əməliyyat icarəsi olması icarə müqaviləsinin formasından deyil, əməliyyatın məzmunundan asılıdır.
IFRS 16. İcarələr.
Maliyyə icarəsi – Əsas aktiv üzrə mülkiyyət hüquqlarına aid bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Maliyyə icarəsindən müəssisə adətən icarəyə götürdüyü aktivi gələcəkdə almaq fikrində olduğu zaman istigadə edir. Maliyyə icarəsi, bir növ, zamin və zəmanət tələb etməyən kredit müqaviləsinə bənzəyir. İcarənin maliyyə icarəsi kimi təsnif edilməsi aşağıda qeyd edilən ayrı-ayrı vəziyyətlərdən və ya onların birləşməsi nəticəsində mümkündür:
Eyni zamanda, aşağıda qeyd edilən vəziyyətlər, ayrı-ayrılıqda və ya birlikdə, icarənin maliyyə icarəsi kimi təsnif edilməsinə işarə edə bilər:
Lakin, yuxarıda qeyd edilən vəziyyətlərə baxmayaraq əgər icarə obyektinin mülkiyyət hüququ ilə bağlı olan risk və mükafatların hamısının ötürülməməsi hər hansı digər əlamətlərdən bəlli olarsa, bu zaman, həmin icarə növü əməliyyat icarəsi kimi təsnif edilir. Tanınma İcarə müddətinin başlanğıc tarixində icarəyə verən maliyyə icarəsində olan aktivləri öz balansında debitor borclar kimi tanımalıdır. Debitor borcların məbləği icarə obyektinə qoyulmuş xalis investisiya dəyərinə bərabər olacaqdır. İcarəyə xalis investisiya qoyuluşu - İcarə müqaviləsində nəzərdə tutulan faiz dərəcəsi üzrə diskontlaşdırılmış, icarəyə ümumi investisiya qoyuluşudur. İcarəyə ümumi investisiya qoyuluşuna aşağıdakılar daxildir:
Misal.
İcarəyə verən ona məxsus avadanlığı 5 il müddətinə maliyyə icarəsinə verir. İcarə ödənişləri icarə müddəti ərzində cəmi 25 000 manat olacaqdır. İcarə ödənişləri hər ilin əvvəlində 5 000 manat məbləğində ödənilməlidir. İcarə müqaviləsində nəzərdə tutulan faiz dərəcəsi 5% təşkil edir. Avadanlığın ilkin dəyəri 30 000 manatdır, son qalıq (likvidasiya) dəyəri isə 5 000 manatdır. İcarəçi zəmanət verir ki, icarənin sonunda avadanlığı 4 000 manata alacaqdır, bu avadanlığın zəmanətli qalıq dəyəridir. Qalan 1 000 manat isə olacaqdır avadanlığın zəmanətsiz qalıq dəyəri. İcarəyə ümumi investisiya qoyuluşu olacaqdır 26 000 manat (icarə ödənişləri 25 000 manat + zəmanətsiz qalıq dəyəri - 1 000 manat). İcarəyə xalis investisiya qoyuluşu olacaqdır - 23 552 manat (5% dərəcə ilə diskontlaşdırılmış icarəyə ümumi investisiya qoyuluşu). İlkin ölçülmə İcarəyə verən icarə obyektinə qoyulmuş xalis investisiyanı ölçmək üçün icarə müqaviləsində nəzərdə tutulan faiz dərəcəsindən istifadə etməlidir. İstehsalçı və ya diler qismində çıxış edən icarədarlardan başqa, digər icarədarlar tərəfindən çəkilən ilkin birbaşa məsrəflər, icarə üzrə qoyulmuş xalis investisiyanın ilkin ölçməsinə daxil edilir və icarə müddəti boyunca tanınmış gəlirin məbləğini azaldır. İcarə müqaviləsində nəzərdə tutulan faiz dərəcəsi elə müəyyənləşdirilir ki, ilkin birbaşa məsrəflər mexaniki olaraq icarə üzrə qoyulmuş xalis investisiyaya daxil edilir; onların ayrıca əlavə edilməsinə ehtiyac qalmır. İcarə üzrə qoyulmuş xalis investisiya aşağıdakı məbləğlərin cəmini təşkil edir:
İstehsalçı və ya diler qismində çıxış edən icarədarlar İcarə müddətinin başlanğıc tarixində istehsalçı və ya diler qismində çıxış edən icarədarlar hər bir maliyyə icarələri üzrə aşağıdakıları tanımalıdır:
Sonrakı ölçülmə İcarəyə verən icarə müddəti boyunca maliyyə gəlirini, icarədarın icarə üzrə xalis investisiyası üzrə sabit dövri gəlirlilik dərəcəsini əks etdirən sxemə əsasən tanımalıdır. Uçot Оbyektin icarəçiyə verilməsi İcarə müqaviləsi və onun tərkib hissəsi olan Təhvil-təslim Aktı ilə sənədləşdirilir. İcarəyə verən icarəyə verdiyi tikili və avadanlıqlara görə köhnəlmə hesablamır və tikili və avadanlıqları təmir etmir. İcarəyə verilmiş torpaq, tikili və avadanlıqlar müqavilənin şərtlərindən asılı olaraq icarəyə verənin balansından çıxa da bilər, qala da bilər. Torpaq, tikili və avadanlıqlar maliyyə icarəsinə verildikdə aşağıdakı mühasibat yazılışları verilir:
Maliyyə icarəsində olan aktivlərə görə hesabat dövrü ərzində hesablanan faiz məbləğlərinə 216 №li hesabın müvafiq subhesablarının debeti və 631-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir. Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklərin cari dəyəri hesablandıqda həmin öhdəliyin dəyəri ilə cari dəyər arasındakı fərqə 406 №li hesabın müvafiq subhesablarının debeti və 631-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir. İcarə üzrə qısamüddətli kreditor borclarının cari dəyəri hesablandıqda həmin kreditor borcun dəyəri ilə cari dəyər arasındakı fərqə 535 №li hesabın müvafiq subhesablarının debeti və 631-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir. Maliyyə iсarəsi üzrə gəlirə görə yaranan məbləğə hesabat dövrünün mənfəəti kimi 631-3 №li subhesabın debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Misal.
İcarəyə verən ona məxsus avadanlığı 4 il müddətinə maliyyə icarəsinə verir. Müqaviləyə görə icarə müddətinin sonunda icarəyə verilən avadanlıq icarəçinin mülkiyyətinə keçir. İcarə ödənişləri hər ilin sonunda 5 000 manat məbləğində ödənilməlidir. İcarəyə verilən avadanlığın ədalətli dəyəri 20 000 manatdır. İcarə ödənişlərinin diskontlaşdırılmış dəyəri olacaqdır - 18 580 amanat. İcarə müqaviləsində nəzərdə tutulan faiz dərəcəsi 3% təşkil edir. Mühasibat uçotunda icarə müqaviləsi aşağıdakı addımlar ilə əks olunacaqdır:
Misal. İstehsalçı və ya diler qismində çıxış edən icarədarlar
İcarəyə verən (istehsalçı) istehsal etdiyi avadanlığı 4 il müddətinə maliyyə icarəsinə verir. İcarəyə verilən avadanlığın ədalətli dəyəri 20 000 manatdır. Bazar faiz dərəcəsi 10% təşkil edir. Bazar faiz dərəcəsinin istifadəsi ilə hesablanan icarə ödənişlərinin diskontlaşdırılmış dəyəri olacaqdır - 15 845 manat. Avadanlığın maya dəyəri 12 000 manatdır. İcarə müqaviləsinin bağlanması ilə bağlı olan məsrəflər, avadanlıq satışından mənfəətin tanınması zamanı xərc kimi tanınacaqdır.
Normativ-hüquqi aktlar:
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları Yazı sonuncu dəfə 2020-04-24 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.