e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İcarə müqaviləsi - Təhvil-təslim aktı

İcarə obyektinin müqavilə əsasında icarəyə verilməsi Təhvil-təslim Aktı ilə sənədləşdirilir. İcarə müqaviləsinə dair təhvil-təslim aktı müstəqil akt deyil, o icarə müqaviləsinin tərkib hissəsi hesab edilir. Belə ki, "İcarə müqaviləsi" ilkin razılaşma hesab edilərək və "Təhvil-təslim Akt"-ı olmadan qüvvəyə minməmiş hesab edilə bilər.

Demək olar ki, "Təhvil-təslim Aktı" icarə obyektinin bir şəxsdən digər şəxsə icarəyə verilməsini təsdiqləyib, icarə müqaviləsinin icra edilməsini sübut edir. Lakin, nəzərə almaq lazımdır ki, məhkəmədə Akt olmadan icarə müqaviləsinin icra edilməsi ilə bağlı fərqli qərar verilə bilərlər.

Bundan başqa, hər bir icarəyəverən əmlakını icarəyə verdikdə maraqlıdır ki icarəyə verdiyi əmlaka zərər dəyməsin, yaxşı şəraitdə saxlanılsın və verilən vəziyyətdə qeri qayıtsın. Akt təsdiq edir ki, icarə obyekti icarəyə verildikdə o işlək vəziyyətdə olub, qüsur və çatışmamazlıqlar olmayıb, və icarəçinin heç bir etirazı olmayıb. Əgər istifadə zamanı icarə obyektinə hər-hansı zərər dəyərsə, İcarəçi bu zərəri özü qarşılayacaqdır.

Akt icarəyə verən və icarəçi və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunur. Aktda aşağıdakı zəruri rekvizitlər olmalıdır:

  • Aktın tərtib olunma tarixi və yeri;
  • İcarə müqaviləsinin rekvizitləri;
  • Təhvil verilən icarə obyektinin texniki vəziyyəti və orada olan avadanlıqlar barədə məlumat;
  • İcarə obyektində işıq, su və qaz sayğaclarının göstəriciləri (icarə obyekti daşınmaz əmlak olduqda)
  • İcarə obyekti nəqliyyat vasitəsi olduqda - texniki xüsusiyyətləri və s.
  • Digər zəruri məlumatlar.

Akt iki (bəzi hallarda - üç) nüsxədə tərtib edilir və hər iki tərəfdən imzalanır və möhürlə təsdiq edilir. İcarə müqaviləsinə xitam verildikdə icarə obyektinin icarəyə verənə təhvil verilməsi eyni məzmunlu aktla rəsmiləşdirilir.

Təhvil-təslim aktlarının nümunəvi formalarını buradan yükləyə bilərsiniz:

Avtonəqliyyat vasitəsinin təhvil-təslim Aktı

Qeyri-yaşayış sahəsinin təhvil-təslim Aktı

Yaşayış sahəsinin təhvil-təslim Aktı

Qeyd etmək lazımdır ki, icarə müqaviləsi ləğv edildikdə tərəflər eyni məzmunlu icarə obyektinin qaytarılması aktını tərtib edirlər. Bu aktda təhvil alan tərəf İcarədar, təhvil verən isə İcarəçi olacaqdır. İcarə müqaviləsi ləğv edildikdə İcarəçi icarəyə götürdüyü əmlakı İcarədara icarəyə götürdüyü vəziyyətdə qaytarmalıdır( normal aşınma və ya müqavilə şərtləri nəzərə alınaraq).

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2020-04-24 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.