Sual ƏDV ödəyicisi olan müəssisə 7 yanvar 2020-ci il tarixdə digər bir hüquqi şəxsə ofis mebeli təqdim edib və həmin gün elektron qaimə-faktura verilib. Alıcı həmin mebelə görə müəssisənin depozit hesabına ödədiyi ƏDV-nin əvəzləşdirilməsi üçün elektron vergi hesab-fakturası tələb edir. Bu, doğrudurmu? |
|
Cavab Vergilər Nazirliyinin şərhində göstərilir ki, 2020-ci ilin 1 yanvar tarixədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu qüvvəyə minənədək mövcud olan qaydada həyata keçirilir. Alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin elektron qaimə-faktura ilə əvəzləşdirilməsi 2020-ci il yanvarın 1-dən sonra aparılan əməliyyatlara tətbiq edilir.
Qeyd olunanlara əsasən, 2020-ci ilin 1 yanvar tarixindən sonra təqdim edilən mallara görə yalnız elektron qaimə-faktura verilir və alıcı tərəfindən malların alışı zamanı ödənilmiş ƏDV məbləği əldə edilmiş elektron qaimə-faktura üzrə əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.