Sual Marketdə istismarda olan 3 ədəd nəzarət-kassa aparatı mövcuddur. 10 yanvar 2020-ci il tarixdə həmin kassa aparatları Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparatları ilə əvəzlənib və köhnə aparatlar qeydiyyatdan çıxarılıb. Bu halda, yeni kassa aparatına görə güzəştdən yararlanmaq mümkündürmü? |
|
Cavab Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarətkassa aparatının dəyəri daxil olmaqla) dəyəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.
Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:
Qeyd olunanlara əsasən, 10 yanvar 2020-ci il tarixdə marketdə quraşdırılmış yeni nəzarət-kassa aparatları köhnə kassa aparatlarını əvəz etdiyindən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulduğundan, həmin nəzarət-kassa aparatlarının alınmasına və quraşdırılmasına çəkilən xərclər qanunla müəyyən edilmiş həddə yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.