Sual Hüquqi şəxs tərəfindən daşınmaz əmlakın vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsə icarəyə verilməsi zamanı mənfəət vergisi və ya ödəmə mənbəyində tutulan vergi üzrə hansı vergi öhdəlikləri yaranır? |
|
Cavab Vergi Məcəlləsinin (VM) 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir VM-in 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər 124-cü maddə üzrə vergitutma obyekti deyildir (VM, maddə 124.3).
Qeyd olunanlara əsasən:
Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs (və ya VÖEN-i olan fiziki şəxslər) tərəfindən icarə haqqı hüquqi şəxsə ödənilərkən ödəmə mənbəyində vergi tutulmur və ödənilən icarə haqqı hüquqi şəxsin ümumi gəlirlərinə aid edilməklə mənfəət vergisinə cəlb edilir və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verilir.
Samirə Musayeva
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.