e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, 2019-cu ildən maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Bu dəyişiklik 2019-cu ilədək vətəndaşlarla bağlanmış lizinq müqavilələrinə də tətbiq edilirmi?


Cavab

Vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, maliyyə lizinqini həyata keçirən vergi ödəyiciləri 2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri (lizinq alan qismində hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edən maliyyə lizinqi müqavilələri istisna olmaqla) barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada məlumatı həmin tarixdən 15 gün müddətində qeydiyyatda olduqları vergi orqanına təqdim edirlər. 1 yanvar 2019-cu il tarixədək maliyyə lizinqi müqaviləsini bağlamış və müvafiq məlumat formasını qeydiyyatda olduqları vergi orqanına təqdim etmiş vergi ödəyiciləri tərəfindən həmin müqavilələr üzrə həyata keçirilən əməliyyatlara Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dək qüvvədə olan müddəaları tətbiq edilir.

Eyni zamanda, lizinq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin 2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri üzrə əldə olunmuş gəlirləri (mənfəəti) onların ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata dair ərizə vermək öhdəliyi yaradan vergi tutulan əməliyyatlarının həcminə aid edilmir.

Əsas: Vergi Məcəlləsi, 140.1-ci maddə və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun 2-ci maddəsi

Mənbə: https://vergiler.az/news/taxes/1487.html

2019-03-28 | Vergilər | Baxılıb: 2229 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.