Əmək müqaviləsinin müddətiƏmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Misal.
İşçi müəssisə ilə müddətli əmək müqaviləsi bağlayaraq fasilələr ilə müəssisədə 6 il müddətində çalışmışdir. Fasilələrin müddəti 5 ildən az olmuşdur. İşçi ilə bağlanılan müddətli əmək müqaviləsi fasilələr ilə olduğu üçün, həmin müqavilə müddətsiz müqavilə hesab edilə bilməz Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, aşağıda qeyd edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. DİQQƏT! Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:
Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Lakin, müəssisə işçi ilə müqavilənin davam edirilməsini istəmirsə, o zaman, müəssisə rəhbəri müqaviləyə xitam verilməsi ilə bağlı əmr verməlidir. Müddətli əmək müqaviləsinin davam etməsini işçi istəmirsə, o zaman, o ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidir. Əgər işçi müvəqqəti işə çıxa bilməyən işçinin yerinə işə götürülübsə, bu zaman, onun ilə bağlanılan əmək müqaviləsi müddətli hesab edilir. Bu cür müqaviləyə köhnə işçi işə çıxan kimi xitam verilə bilər.
Misal.
Müəssisənin işçisi uşağa qulluq üçün uşaq 3 yaşına çatanadək qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. Həmin işçi bu müddət bitənədək işə çıxa bilər. İşçinin hansı vaxtda işə çıxmağı bəlli olmadığı üçün müəssisə onu əvəz edən yeni işçi ilə müddətli əmək müqaviləsi bağlamışdır, və müqavilədə qeyd edilmişdir ki, sosial məzuniyyətə çıxan işçi işə qayıdan gün, müddətli müqavilənin müddətinin qurtardığı gün hesab edilir. Beləliklə, yeni işçi ilə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti sosial məzuniyyətə çıxmış işçinin işə qayıtması gün bitəcəkdir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2020-01-05 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.