İşçinin tutduğu vəzifəyə uyğun gəlməməsi.Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilməsinin əsaslarından biridə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsidir. Bunu yoxlamaq üçün müəssisə tərəfindən müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası yaradılır. İşçilərin attestasiyasını nəzərdən keçirək. İşçilərin attestasiyası Hər bir müəssisə işçilərinin attestasiyasını keçirə bilər. Qaydalara əsasən yalnız müvafiq iş yerində azı 1 il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi 3 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Diqqət! Bəzi işçilərin attestasiyası keçirilmir:
Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. İşçilərin attestasiyasının keçirilməsi və attestasiya komissiyasının təşkil edilməsi müəssisə rəhbərinin əmri (sərəncamı) ilə sənədləşdirilir. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. İşçilərin attestasiyasının keçirilməsi və attestasiya komissiyasının yaradılması ilə bağlı müəssisə rəhbərinin əmr forması aşağıdakı kimi ola bilər:
Attestasiya komissiyası azı 5 nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Attestasiya adətən yazılı və şifahi formada keçirilir. İlk növbədə işçiyə testlərə cavab vermək təklif olunur. İşçi testlərdən müvəffəqiyyətlə keçərsə komissiya üzvləri ona bir neçə şifahi sual verə bilərlər. Komissiya işçinin həm peşakar, həm də şəxsi keyfiyyətlərini qiymətləndirir. Peşakar keyfiyyətlər dedikdə - təhsil, iş təcrübəsi, elmi dərəcə, ixtisas artırma kursları, tələb olunan peşakar biliklərin dərinliyi, müvafiq normativ aktların bilməsi və s. nəzərdə tutulur. Şəxsi keyfiyyətlər dedikdə - məsuliyyətlilik, işgüzarlıq, sərbəstlik, təşəbbüskarlıq, müasir texnologiyalarının öyrənilməsi və məlumatlı olması, fövqaladə hallarda qərar gəbul etmə bacarığı və s. nəzərdə tutulur. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır. Attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər. Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir:
İşçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyası tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır.
Attestasiya vərəqəsini yükləmək İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Əmək müqaviləsinin attestasiyanın nəticələrinə görə ləğv edilməsi müəssisə rəhbərinin əmri ilə sənədləşdirilir. İşçinin işdən azad olunmanın və əmək müqaviləsinin xitam verilməsinin səbəbi kimi "attestasiyanın nəticələrinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçi tutduğu vəzifədən azad olunur, AR Əmək Məcəlləsi, Maddə 70 (c)" . Eyni səbəb əmək kitabçasına da yazılır
İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə AR Əmək Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.
Normativ-hüquqi aktlar:
AR Əmək Məcəlləsi, Maddələr: 64, 65 70, 71 İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları Yazı sonuncu dəfə 2017-08-06 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.