Əlavə iş vaxtıİşəgötürən işçiləri (onların razılığı ilə) iş vaxtından artıq işə cəlb edə bilər. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Misal üçün, müəssisənin iş qrafikində 8 saatlıq iş günü nəzərdə tutulubsa, o zaman, işçinin 8 saatdan artıq işləməsi - iş vaxtından artıq iş sayılır. İşçi müəssisə rəhbərinin əmri ilə öz qrafikindən olan vaxtdan artıq işləyibsə ona artıq işlədiyinə görə əlavə əmək haqqı hesablanmalıdır. İşçini, onun razılığı ilə, yalnız aşağıdakı müstəsna hallarda iş vaxtından artıq işlərə cəlb etməyə yol verilir:
İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə yuxarıda nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur. İş vaxtından artıq işlərə işçiləri cəlb etdikdə nəzərə almaq lazımdır ki
3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə yalnız onların yazılı razılığı ilə yol verilir. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu AR Əmək Məcəlləsinin "Əməyin mühafizəsi" bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir. İş vaxtından artıq işlərə işçilər müəssisə rəhbərinin əmri ilə cəlb olunurlar. Əmrdə iş vaxtından artıq işin səbəbləri, vaxtı, işçilərin siyahısı və əlavə əmək haqqının məbləği qeyd olunur. İş vaxtından artıq işə görə ƏMR bu formada hazırlana bilər:
İş vaxtından artıq işə görə ƏMR-i yükləmək İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-02-03 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.