Əmək stajına görə əlavə məzuniyyətƏmək stajından asılı olaraq işçilərə:
AR Əmək Məcəlləsində deyilir ki: "Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə* işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə AR Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir." Lakin, onu qeyd etmək lazımdır ki, AR Konstitusiya Məhkəməsinin 29.11.2000-ci il tarixli qərarı ilə "bir müəssisədə" müddəası qüvvədən düşmüşdür. Bu səbəbdən də, əmək stajına görə əlavə məzuniyyət işçinin bir müəssisədə işlədiyi staja görə deyil, əmək kitabçasında hesablanan ümumi staja görə verilir. *Qeyd: AR Konstitusiya Məhkəməsinin 29.11.2000-ci il tarixli qərarı "AR Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran "bir müəssisədə" müddəası AR Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin" ("Azərbaycan" qəzeti, 01.12.2000-ci il, N 276, AR Konstitusiya Məhkəməsinin Məlumatı N2/2001) AR Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinə dair AR Konstitusiya Məhkəməsinin Qərarı
Qeyd:
Əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya(pul əvəzi) verilmir. Lakin, əmək münasibətlərinə xitam verilmirsə, işçinin istəyi ilə ona istifadə etmədiyi əmək (əsas və əlavə) məzuniyyət günlərinə görə, o cümlədən, əmək stajına görə kompensasiya verilə bilər. Eyni zamanda, işçi ötən illərdə istifadə etmədiyi əlavə məzuniyyət günlərini cari ildə istifadə edə bilər. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər aşağıda qeyd edilən işçilərə verilmir:
Normativ-hüquqi aktlar:
AR Əmək Məcəlləsi, Maddələr: 116, 135.2, 144.3 AR Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinə dair AR Konstitusiya Məhkəməsinin Qərarı Yazı sonuncu dəfə 2020-06-05 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.