e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirərkən əməyin ödənilməsi

Ehtiyac olduqda müəssisə rəhbəri işçiyə müxtəlif ixtisas dərəcələri və ya müxtəlif vəzifələr üzrə işlərin görülməsini tapşıra bilər. Misal üçün, 5-ci dərəcəli çilingərə 3-cü dərəcəli çilingərin işinin görülməsini tapşıra bilər.

Müxtəlif ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə əməyin ödənilməsi müəssisədə əməyin ödənilmə formasından asılıdır - vaxtamuzd və ya işəmuzd.

Vaxtamuzd ödənilmə sistemində əmək haqqının hesablanması.

İşçilərin əməyinin vaxtamuzd ödənilmə sistemində işçinin əmək haqqısı saatlıq (gündəlik) əmək haqqı və ya aylıq vəzifə maaşına görə hesablanır.

Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir.

Misal.

Avtomobil təmiri servisində çalışan çilingər Əliyev F.D. 5-ci dərəcəsi var. Cari ilin yanvar ayında o 160 saat işləmişdir. Eyni zamanda, ona yanvar ayında servisin rəhbəri bir avtomobilin sürətlər qutusunun təmirini tapşırmışdır.

Avtomobilin sürətlər qutusunu təmir etmək üçün aşağıdakı işlər görülməlidir:

  • sürətlər qutusunu çıxarmaq və sökmək (3-cü dərəcəli çilingərin işi)
  • nasazlığı aradan qaldırmaq (5-ci dərəcəli çilingərin işi)
  • sürətlər qutusunu yığmaq və avtomobilə quraşdırmaq (3-cü dərəcəli çilingərin işi)
5-ci dərəcəli çilingərin 1 saatının əməyinin ödənilməsi 3 AZN-dir, 3-cü dərəcəlinin isə 2 AZN.

Çilingər Əliyev F.D.-nin əmək haqqısı daha yüksək haqq verilən dərəcə ilə hesablanacaqdır (5-ci dərəcəli çilingərin saatının əmək haqqısı ilə).

Yanvar ayında çilingər Əliyev F.D.-nin hesablanan əmək haqqısı olacaqdır:

160 saat * 3 AZN = 480 AZN

İşəmuzd ödənilmə sistemində əmək haqqının hesablanması.

İşəmuzd işçilərin əməyi görülən işin işəmuzd qiymətləri üzrə ödənilir. Təsərrüfat subyektinin hər hansı sahəsində işçilərə verilmiş ixtisas (peşə) dərəcələrdən aşağı tarif müəyyən edilmiş işlərin istehsalat xarakterinə görə işəmuzd işçilərə tapşırılarsa, həmin işləri yerinə yetirən işçilərə dərəcələr arasındakı fərq ödənilir. Əgər işçi hasilat normasını yerinə yetirərsə, lakin onun ixtisas dərəcəsi ilə yerinə yetirilən işin dərəcəsi arasında ən azı 2 dərəcə fərq olarsa, ona həmin dərəcələr arasındakı fərq ödənilir.

Dərəcələrarası fərqin məbləği, müxtəlif peşələr (vəzifələr) üzrə işlər yerinə yetirilərkən, habelə əlavə dəzgah və qurğulara xidmətə görə yüksək əmək haqqı məbləğinin müəyyən edilməsi və onun ödənilməsi şərtləri kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir. Kollektiv müqavilənin bağlanmadığı hallarda isə bu, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı tərəfindən müəyyən edilir.

Misal.

3-ci dərəcəli tornaçı Vəliyev R.D. fevral ayında 200 əd məhsul hazırlamışdır. Müəssisədə 3-cü dərəcəli tornaçının işəmuzd əmək haqqısı 1 əd məhsul üçün 2 AZN-dir.

Fevral ayında tornaçı Vəliyev R.D.-yə 4-cü dərəcəli tornaçının işini tapşırmışdılar. Fevral ayında o əlavə olaraq 30 məhsul istehsal etmişdir. 4-cü dərəcəli tornaçının əmək haqqısı 1 əd məhsul üçün 2.5 AZN-dir.

Fevral ayında tornaçı Vəliyev R.D. hesablanmış əmək haqqısı olacaqdır:

200 əd * 2 AZN + 30 əd * 2.5 AZN = 475 AZN



Normativ-hüquqi aktlar:

AR Əmək Məcəlləsi, Maddələr: 160

Yazı sonuncu dəfə 2019-01-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.