Çoxnövbəli iş rejimində axşam və gecə növbəsində işə görə əlavə haqqın ödənilməsiElə müəssisələr var kı, orada istehsal məqsədləri üçün işlərin dayanmadan, fasiləsiz görülməsi tələb olunur. Belə olduqda, işçilər müəyyən vaxt ərzində müxtəlif növbələrdə çalışırlar. Çoxnövbəli iş rejimi o zaman tətbiq edilir ki, orada istehsal prosesinin müddəti icazəverilmiş gündəlik iş vaxtından artıq osun. Habelə, çoxnövbəli iş rejimi avadanlığın daha səmərəli istifadə edilməsini və daha çox məhsulun istehsalını (xidmətlərin göstərilməsini) təmin edir. İki və ya uç növbəli iş rejimində çalışan işçilərə axşam və gecə növbələrində çalışdıqlarına görə əmək haqqına əlavə verilməlidir. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Lakin, nəzərdə saxlamaq lazımdır ki, bir işçinin ümumi iş vaxtı (gecə vaxtı daxil olmaqla) həftədə 40 saatdan artıq ola bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxtamuzd əmək haqqı sistemi üzrə ödənilir. Aşağadakı işçilərin gecə vaxtı işlərə cəlb edilməsi qadağandır:
Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər. Gecə vaxtı işə görə əmək haqqına əlavənin hesablanması Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. AR Nazirlər Kabinetinin 05.04.2001-ci il 74 saylı qərarına əsasən çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizindən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə əlavə haqq ödənilir. Çoxnövbəli iş rejimi deyildikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür. İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam. saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxtamuzd əmək haqqı sistemi üzrə ödənilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunan digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi zamanı işçinin saatlıq tarif (vəzifə) maaşını tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşını ödəniş aparılan ayın iş vaxtı normasına bölmək lazımdır. Gecə vaxtı yerinə yetirilən işə, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı belə iş şəraitli bütün kateqoriyadan olan (rəhbərlər, mütəxəssislər, texniki icraçılar və fəhlələr) işçilərə ödənilir. Çoxnövbəli iş rejimində axşam və gecə növbəsində işə görə əlavənin hesablanması əmək haqqının hesablama sistemidən asılıdır:
Vaxtamuzd sistemində çoxnövbəli iş rejimində axşam və gecə növbəsində işə görə əmək haqqının ödənilməsi Əməyin vaxtamuzd ödənilmə sistemində çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Çoxnövbəli iş rejiminin axşam və gecə növbəsində işə görə əlavə əmək haqqı bu cür hesablanmalıdır:
Çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Qeyd etmək lazımdır ki, işçinin daha çox əlavə haqq tələb etmək hüququ var.
Misal
Müəssisənin daxili nəzarət şöbəsi fasiləsiz işləməlidir, və bu səbəbdən, bu şöbənin işçiləri çoxnövbəli iş rejimində çalışmalıdırlar. Müəssisənin işçilər ilə bağladığı müqavilədə axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Daxili nəzarət şöbəsinin işçisi 2017-ci ilin aprel ayında 160 saat işləmişdir. Bunlardan 50 saatı axşam növbəsində, 50 saatı gecə növbəsində və 60 saatı gündüz növbəsində işləmişdir. İşçinin saatlıq tarif (vəzifə) maaşı 7.50 manat, aylıq əmək haqqısı isə 1 200 manatdır. Axşam növbəsində işlərə görə əlavə haqq olacaqdır: 50 * 7.50 * 20% = 75 manat Gecə növbəsində işlərə görə əlavə haqq olacaqdır: 50 * 7.50 * 40% = 150 manat Beləliklə, işçi aprel ayında alacaqdır: 1 200 + 75 + 150 = 1 425 manat İşəmuzd sistemində çoxnövbəli iş rejimində axşam və gecə növbəsində işə görə əmək haqqının ödənilməsi Əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Əməyin işəmuzd ödənilmə sistemində çoxnövbəli iş rejiminin axşam və gecə növbəsində işə görə əlavə əmək haqqının hesablanması qaydası əmək müqaviləsində və ya kollektiv müqavilədə qeyd edilə bilər. İşçinin saatlıq tarif (vəzifə) maaşı ştat cədvəlində qeyd edilir.
Misal
Müəssisədə hər istehsal edilən məhsula görə işçiyə 5 manat əmək haqqı hesablanır. İşçilər 3 növbəli iş rejimi ilə çalışırlar. Müəssisənin işçilər ilə bağladığı müqavilədə axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. İşçi 2017-ci il aprel ayında 190 ədəd məhsul hazırlamışdır. İşçi 2017-ci ilin aprel ayında 160 saat işləmişdir. Bunlardan 50 saat axşam növbəsində, 50 saat gecə növbəsində və 60 saat gündüz növbəsində işləmişdir. Ştat cədvəlinə görə işçinin 1 saatlıq tarif (vəzifə) maaşı 7 manatdır. Bu zaman işçiyə hesablanan əsas və əlavə əmək haqqları bu cür hesablanacaq: İşçinin əsas əmək haqqısı: 190 * 5 manat = 950 manat Axşam növbəsində işlərə görə əlavə haqq olacaqdır: 50 * 7.50 * 20% = 75 manat Gecə növbəsində işlərə görə əlavə haqq olacaqdır: 50 * 7.50 * 40% = 150 manat Beləliklə, işçi aprel ayında alacaqdır: 950 + 75 + 150 = 1 175 manat
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-11-26 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.