İşçilərin sayı və ya ştatları ixtisar edilməsi.İşçilərin sayının və ya ştatların ixtisarının aparılması müəsissədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısının almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir necə ştat vahidi ləğvi başa düşülməlidir. Bir qayda olaraq, bu işlər işəgötürənin əsaslandırlmış əmri ilə həyata keçirilir. İşçilərin sayının ixtisarı və ştatların ixtisarı fərqli anlayışdır. Beləki,
İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı 2 ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. İxtisar keçirilən zaman aşağıdakı hallar nəzərə alınmalıdır:
İxtisar keçirilən zaman bəzi tələblərə əməl etmək lazımdır. Beləki, ixtisar real olmalıdır. İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir:
İşəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsi müəyyən edilir. Bundan sonra işçilərin ixtisası (peşəsi) və peşəkarlıq səviyyəsi nəzərə alınmaqla işdə qalmaqda üstünlük hüquqlarının müqayisəsi aparılaraq rəsmiləşdirilir. Həmkarlar ittifaqının üzvü olan işçini ixtisar etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri (ixtisarın zəruriliyini təsdiq edən sənədlər, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd və s.) əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmkarlar ittifaqı işçinin ixtisarına razılıq verməzsə, lakin işəgötürən ixtisarın zəruri olduğunu hesab edərsə, əmək müqaviləsini bu əsasla ləğv edə bilər. Bu zaman işçi ixtisarın zəruriliyini məhkəmə qaydasında mübahisələndirə bilər. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işdən çıxarılacaq işçilərin peşəsini, sənətini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına bu barədə məlumat verməli və ixtisar olunacaq işçiləri rəsmi xəbərdar etməlidir. Əmr forması aşağıdakı kimi ola bilər:
İşçilərin sayının və ya ştatların ixtisar əmrini yükləmək. İşçilərin sayının və ya ştatların ixtisar edilməsi barədə xəbərdarlıq forması aşağıdakı kimi ola bilər:
İşçilərin sayının və ya ştatların ixtisar edilməsi barədə xəbərdarlığı yükləmək. Əmək müqaviləsi ləğv edilərkən işçilərə işdənçıxarma müavinəti və müxtəlif ödənişlər verilməlidir. Müəssisə ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə işçilərə verilən müavinət və ödənişlər. İlk öncə qeyd edək ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı 1 iş günü əmək funksiyasının icrasından azad edilir. A. Xəbərdarlıq müddəti əvəzinə ödəniş. Lakin, işəgötürən işçinin razılığı ilə yuxarıda qeyd edilmiş xəbərdarlıq müddəti əvəzinə əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Xəbərdarlıq müddəti əvəzinə ödənilən birdəfəlik əməkhaqqı aşağıdakı miqdarlarda olacaqdır:
Xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. B. Müəssisənin ləğv edilməsi və işçilərin sayı və ya ştatların ixtisar edilməsinə görə işdənçıxarma müavinəti. Əmək müqaviləsi müəssisənin ləğv edilməsi və işçilərin sayı və ya ştatların ixtisar edilməsi səbəbindən ləğv edilərkən, işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
Unutmaq lazım deyil ki, müvafiq hallarda, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
DİQQƏT! Bəzi işçilərin və bəzi hallarda işçilərin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağandır:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2022-05-17 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.