İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsiİşəgötürən işçiləri (onların razılığı ilə) iş vaxtından artıq işə cəlb edə bilər. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Misal üçün, müəssisənin iş qrafikində 8 saatlıq iş günü nəzərdə tutulubsa, o zaman, işçinin 8 saatdan artıq işləməsi - iş vaxtından artıq iş sayılır. İşçi müəssisə rəhbərinin əmri ilə öz qrafikindən olan vaxtdan artıq işləyibsə ona artıq işlədiyinə görə əlavə əmək haqqı hesablanmalıdır. İşçini, onun razılığı ilə, yalnız aşağıdakı müstəsna hallarda iş vaxtından artıq işlərə cəlb etməyə yol verilir:
İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə yuxarıda nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur. İş vaxtından artıq işlərə işçiləri cəlb etdikdə nəzərə almaq lazımdır ki
3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə yalnız onların yazılı razılığı ilə yol verilir. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu AR Əmək Məcəlləsinin "Əməyin mühafizəsi" bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir. İş vaxtından artıq işlərə işçilər müəssisə rəhbərinin əmri ilə cəlb olunurlar. Əmrdə iş vaxtından artıq işin səbəbləri, vaxtı, işçilərin siyahısı və əlavə əmək haqqının məbləği qeyd olunur. İş vaxtından artıq işə görə ƏMR bu formada hazırlana bilər:
İş vaxtından artıq işə görə ƏMR-i yükləmək İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının hesablanması əmək haqqının hesablama sistemidən asılıdır:
Vaxtamuzd sistemində iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi Əməyin vaxtamuzd ödənilmə sistemində iş vaxtından artıq işə görə əmək haqqı saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla hesablanmalıdır. Əlavə əmək haqqı bu cür hesablanmalıdır:
Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
Misal
Müəssisədə çalışan işçinin əmək haqqısı 980 manat təşkil edir. İşçi 2017-ci il avqust ayının 25 və 26 müəssisənin rəhbərinin əmri və özünün razılığı ilə iş vaxtından artıq işə cəlb olunub. İstehsal sexində yanğının nəticələrinin aradan qaldırılmasına görə işçi 25.08.2017 tarixində - 2 saat, 26.08.2017 tarixində isə 1 saat artıq işləyib. Müəssisə rəhbərinin əmri ilə iş vaxtından artıq işə görə işçilərə hər saata görə əmək haqqı saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləği qədər hesablanmalıdır. Bu zaman işçiyə hesablanan əsasə və əlavə əmək haqqları bu cür hesablanacaq:
2017-ci ilin istehsalat təqviminə görə 2017-ci ilin Avqust ayında 183 iş saatı var. 1 saatlıq tarif (vəzifə) maaşı = 980 / 183 = 5.36 manat Beləliklə, işçi 2017-ci ilin avqust ayında iş vaxtından artıq işə görə əlavə olaraq alacaqdır: 25.08.2017 tarixində artıq 2 saat işlədiyinə görə: 2 saat * 5.36 * 2 = 21.44 26.08.2017 tarixində artıq 1 saat işlədiyinə görə: 1 saat * 5.36 * 2 = 10.72 İşçi 2017-ci ilin avqust ayında əmək haqqı və iş vaxtından artıq işə görə alacaqdır: 980 + 21.44 + 10.72 = 1 012.16 manat İşəmuzd sistemində iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi Əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilməlidir. Əməyin işəmuzd ödənilmə sistemində iş vaxtından artıq işə görə əmək haqqının hesablanması qaydası əmək müqaviləsində və ya kollektiv müqavilədə qeyd edilə bilər. Burada, qeyd edilə bilər ki, əlavə ödəniş vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla hesablanır. İşçinin saatlıq tarif (vəzifə) maaşı ştat cədvəlində qeyd edilir.
Misal
Müəssisədə hər istehsal edilən məhsula görə işçiyə 5 manat əmək haqqı hesablanır. Alınan sifarişləri hazırlamaq üçün müəssisənin rəhbərinin əmri və işçinin razılığı ilə, işçi 06.03.2017-ci il tarixində 2 saat artıq işləmişdir. İşçi ilə bağlanılan əmək müqaviləsinə görə, artıq işlədiyinə görə, artıq işlədiyi hər saata görə vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşının 1 misli gədər əlavə əmək haqqı alacaqdır. İşçi 2017-ci il mart ayında 190 ədəd məhsul hazırlamışdır. Ştat cədvəlinə görə işçinin 1 saatlıq tarif (vəzifə) maaşı 7 manatdır. Bu zaman işçiyə hesablanan əsas və əlavə əmək haqqları bu cür hesablanacaq: İşçinin əsas əmək haqqısı: 190 * 5 manat = 950 manat İşçinin əlavə əmək haqqısı: 2 saat * 7 = 15 manat Beləliklə, işçi 2017-ci ilin mart ayında əmək haqqı və iş vaxtından artıq işə görə alacaqdır: 950 + 15 = 965 manat
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2023-06-08 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.