e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Məzuniyyət - xüsusi hallar

Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi

Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.

Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.

İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:

  • əmək qabiliyyəti müvəqqəti itirildikdə;
  • əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
  • işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə;

İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.

Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər.

Hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.

Məzuniyyət dövründə işçinin əmək qabiliyyətinin itirilməsi.

İşçi əmək məzuniyyəti dövründə əmək qabiliyyətini müvəqqəti itirərsə, ona təqdim etdiyi xəstəlik vərəqəsi əsasında orada qeyd edilən günlər miqdarında AR Əmək Məcəlləsinin 134.3 maddəsinə əsasən məzuniyyət günləri baqa vaxta keçirilir. Eyni zamanda, işçiyə növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir.

Qeyd etmək lazımdır ki, bu hal yalnız əsas və əlavə məzuniyyətlərə aiddir.

Analıq məzuniyyətindən qayıdan işçi sonradan əmək məzuniyyətə çıxdıqda məzuniyyət haqqının hesablanması.

Analıq məzuniyyətindən qayıdan işçi sonradan əmək məzuniyyətinə çıxdıqda ona ödənilən məzuniyyət haqqı məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Hal-buki işçi bu dörvlərdə işçi işə çıxmamış və analıq məzuniyyətində idi və ona əmək haqqı hesablanmırdı.

Belə ki, AR Nazirlər Kabinetinin 25.08.1999 tarixli 137 N-li "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş SİYAHISI" Qərarına əsasən əmək qabiliyyətini müvəqqəti itirməyə , hamiləliyə və doğuma görə müavinətlər məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilirlər. Beləliklə, işçiin son 12 aydakı gəlirləri cəmlənib bölünür 12, və alınan məbləğ bölünür 30.4. Nəzitəcə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

Yazı sonuncu dəfə 2020-05-13 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.