Əmək haqqından tutulmalarİşçilərə əmək haqqı əmək müqaviləsində göstərilən miqdarda hesablanır, lakin, ödənilən zaman, bildiyimiz kimi, az ödənilir. Səbəbi, əmək haqqı ödəniləndən öncə ondan müvafiq tutulmalar edilir (fiziki şəxslərin gəlilr vergisi, DSMF ayırmaları, həmkarlar təşkilatına üzvlük haqqı, alimentlər, kreditlər və s.), qalan hissəsi isə işçiyə birbaşa kassadan verilir və ya onun bank kartına köçürülür. Əmək haqqından tutulmalar aşağıdakı istiqamətlər üzrə aparılır:
Büdcə və dövlət təşkilatlarına köçürülən əmək haqqından tutulmalara aiddir: fiziki şəxslərin gəlir vergisi, DSMF-na köçürmələr, işsizlikdən sığorta haqqı, həmkarlar təşkilatına üzvlük haqqları, inzibati qanunvericiliyinin pozulmasına görə cərimələr, və s. Müəssisəyə köçürülən əmək haqqından tutulmalara aid ola bilər: təhtəlhesab şəxslərdə qalmış və vaxtında qaytarılmamış məbləğlər, müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi, işçinin məsuliyyətsizliyindən müəssisəyə dəyən maddi ziyan və s. Üçüncü şəxslərin hesabına köçürülən əmək haqqından tutulmalara aiddir: alimentlər, dəymiş ziyanın əvəzinə olan tutulmalar, işçinin tapşırığı ilə sığorta və yardım fondlarına olan köçürmələr və s. AR Əmək Məcəlləsinin 175.1 maddəsinə əsasən
Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası
1.Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Əmək haqqından tutulmalar olur:
Məcburi tutulmalar Məcburi qaydada əmək haqqından tutulmalar icra sənədləri əsasında aparılır. İcra sənədləri dedikdə aşağıdakılar nəzərdə tutulur:
Bir çox hallarda işçilərin əmək haqqlarından tutulmalar icra vərəqələri əsasında aparılır. İcra vərəqi - məhkəmənin qərarı əsasında verilən işçinin əmək haqqısından tutulmaların səbəbini və məbləğini əks etdirən sənəddir. Adətən icra vərəqələri əsasında alimentlər və işçi tərəfindən başqa şəxslərə vurduğu maddi və mənəvi zərərə görə təzminatlar tutulur. İcra sənədində aşağıdakılar göstərilir:
Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. İcra sənədləri əsasında işçinin əmək haqqından tutulmalar müəssisə rəhbərinin əmri və işçinin razılığı olmadan aparılır. İcra sənədi müəssisəyə daxil olduqdan sonra qeydiyyatdan keçirilməli və bir gündən gec olmayaraq mühasibatlığa verilməlidir. Mühasibatlıqda bütün icra sənədləri xüsusi jurnalda qeydiyyatdan keçməli və ciddi hesabat blankları kimi saxlanılmalıdır. İcra sənədinin daxil olması barədə müəssisə tələbkara (pul kimin xeyrinə tutulursa) və məhkəmə icraçısına məlumat verməlidir. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır:
Sənəd, onun qaytarılması barədə əsas yaranandan sonra bir iş günü ərzində qaytarılmalıdır. Qaytarılan sənədin sürətində tutulmaların dayandırılmasının səbəbi və cəmi tutulan və tələbkara köçürülən məbləğ barədə qeyd olmalıdır. Tutulmuş alimentlər barədə icra vərəqəsi ilə birlikdə göndərilən məktubda məlumat vermək olar. İşəgötürənin sərəncamı ilə tutulmalar. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur:
İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən 1 ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.
Misal.
İşçi 18.02.19 tarixindən 22.02.19 tarixinə kimi xəstələndiyi üçün əmək qabiliyyətini müvəqqəti itirmişdir. İşçi 25.02.19 tarixində xəstəlik vərəqəsini müəssisəyə təqdim edib. Xəstəlik dövrü üçün işçiyə əmək qabuliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanıb ödənilmişdir. Lakin, işçiyə fevral ayı üçün əmək haqqı 07.03.16 tarixində olduğu kimi, müvafiq hesablama aparmadan (xəstəlik günlərinə görə) ödənilmişdir. Hesablamalarda olan bu səhv yalnız 2019-cu ilin Noyabr ayında müəyyən edilmişdir. Əmək haqqının ödənilməsindən 1 ay keçdiyinə görə işçidən artıq ödənilmiş məbləğ tutula bilməz. Notariat kontorların icra qeydləri əsasında borcların mübahisəsiz qaydada tutulması. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən 3 ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə 1 ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını AR Nazirlər Kabineti müəyyən edir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı İcra qeydi aşağıdakı sənədlərə qoyula bilər:
İcra qeydləri əsasında əmək haqqından tutulmalar notariat qaydasında təsdiq edilmiş istənilən müqavilə üzrə aparıla bilər. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir:
İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən 3 il ərzində, bütün qalan tələblər üzrə isə 1 il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər.
Misal. İşçinin əmək haqısından notariat kontorun icra qeydləri əsasənda tutulmalar
Neft-qaz sahəsində fəaliyyət göstərən "A-Oil" MMC-nin işçisi Vəliyev D.S. "B" BOKT-dan 5 000 AZN məbləğində kredit almışdır. Vəliyev D.S kredit müqaviləsində qeyd edilən tarixdə kredit borcunu qaytarmamışdır. Notarius kredit müqaviləsinə kredit borcun Vəliyev D.S.-nın əmək haqqısından tutulması ilə bağlı icra qeydi qoymuşdur. Müqavilə "A-Oil" MMC-nin mühasibatlığına cari ilin yanvar ayında təqdim edilmişdir. Vəliyev D.S. onun əmək haqqısından kredit borcun tutulması ilə razıdır. Vəliyev D.S. aylıq əmək haqqısı 2 000 AZN-dir. Vəliyev D.S.-in aylıq əmək haqqısından tutulan məbləğlər BOKT-un hesabına köçürülür. İşçinin əmək haqqısından tutulan gəlir vergisi, dsmf ayırmaları və işsizlikdən sığorta haqqı olacaqdır: 2 000 - (2 000 - 200)*14% - 2 000*3% - 2 000*0.5% = 1 678 AZN Vəliyev D.S. "nett" əmək haqqısı olacaqdır: 1 678 AZN İşçinin əmək haqqısından tutulmalar aşağıdakı məbləğdən çox ola bilməz: 1 678 * 50% = 839 AZN Beləliklə, işçinin əmək haqqısından hər ay 839 AZN tutulacaqdır, 6 ay ərzində (5 000 / 839). İşçinin ərizəsinə əsasən tutulmalar. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının 20%-dən və "İcra haqqında" AR Qanununda nəzərdə tutulmuş hallarda isə 50%-dən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının 50% saxlanmalıdır.
"İcra haqqında" AR Qanunu
Maddə 65. Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin miqdarı 65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. 65.3. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. 65.4. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Yuxarıda müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.
Normativ-hüquqi aktlar:
AR Əmək Məcəlləsi, Maddələr: 175, 176 İcra haqqında AR Qanunu, Maddələr: 6, 7, 23, 63, 64, 65 Notariat haqqında AR Qanunu, Maddələr: 76-79 Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı Yazı sonuncu dəfə 2023-04-07 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.