e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

121 İnvestisiya mülkiyyətinin dəyəri

121 N-li "İnvestisiya mülkiyyətinin dəyəri" adlı hesabında müəssisənin torpaq və ya tikililərə yönəldilən uzunmüddətli investisiyaları uçota alınır. Daşınmaz əmlaka investisiyalar (investisiya məqsədli daşınmaz əmlak) dedikdə müəssisənin icarəyə verməklə gəlir əldə etmək üçün və ya gələcəkdə daha yüksək qiymətə satmaq üçün aldığı əmlakdır. Investisiya məqsədli daşınmaz əmlak icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması və yaxud hər iki məqsəd üçün saxlanılır.

Investisiya məqsədli daşınmaz əmlaka aid deyidir:

  • malların istehsalı və ya təchizatı, yaxud xidmətlərin göstərilməsi üçün istifadə edilən və ya inzibati məqsədlər üçün saxlanılan əmlak;
  • və ya adi fəaliyyət halında satış məqsədilə saxlanılan əmlak (misal üçün, xüsusi olaraq yaxın gələcəkdə xaric olunması və ya yaradılması, yaxud satılması məqsədilə əldə edilən daşınmaz əmlak. ).
  • maliyyə icarəsi şərtlərinə uyğun olaraq digər müəssisəyə icarəyə verilmiş daşınmaz əmlak.
Misal üçün, müəssiəsnin istehsalat və inzibati binaları bura aid deyildir. Lakin, əgər müəssisə inzibati binasını gəlir əldə etmək üçün əməliyyat icarəsinə verərsə, bu bina artıq Daşınmaz əmlaka investisiya kimi təsnifləşdirilir və 111 N-li "Torpaq, tikili və avadanlıqlar - Dəyər" hesabnından 121 N-li "Daşınmaz əmlaka investisiyalar-Dəyər" adlı hesaba keçirilməlidir.

İnvestisiya mülkiyyətinin dəyəri 27 N-li Milli Mühasibat Uçotu Standartında açıqlanmışdır.

İnvestisiya mülkiyyətinin dəyəri, müəssisənin əsas fəaliyyət növü investisiya mülkiyyəti ilə bağlı olduğu hal istisna olmaqla, müəssisə tərəfindən onun adi fəaliyyətləri ilə bağlı gəlirin əldə olunması üçün istifadə ediməyyən, həmçinin gələcəkdə satış məqsədi ilə saxlanılan aktivdir.

Mühasibat uçotunun hesablar planının 121-ci hesabında belə investisiyalar uçota alınaraq maliyyə hesabatlarında ilkin və ya ədalətli dəyərlə təqdim edilir.

121 saylı "İnvestisiya mülkiyyətinin dəyəri" hesabına aşağıdakı subhesablar açıla bilər:

  • 121-1 Torpağın dəyəri
  • 121-2 Binaların dəyəri
Ədalətli dəyər modelinə görə investisiya məqsədli daşınmaz əmlak müəssisənin balansında ədalətli dəyər ilə uçota alınır. İnvestisiya məqsədli daşınmaz əmlakın ədalətli dəyərində dəyişikliklərdən yaranan qazanc və ya zərər yarandığı dövrün mənfəət və zərər haqqında hesabatında tanınmalıdır.

İlkin dəyər modelinə görə müəssisə investisiya məqsədli daşınmaz əmlakı balansında ilkin dəyər ilə uçota almalıdır. 7 N-li "Torpaq, tikili və avadanlıqlar" Milli Mühasibat Uçotu Standartında olduğu kimi.

Daşınmaz əmlakın əsas mahiyyəti həmin əmlakın necə istifadə edilməsindən asılı olduğundan (icarə ödənişlərini əldə etmək və / və ya kapital artımına nail olmaq), əmlakın təyinatının dəyişilməsi onun təsnifatının da dəyişməsinə səbəb olur. Başqa sözlə, müsəəsisə əmlakın hamısından və ya bir hissəsindən biznes məqsədləri ilə istifadə etməyi qərara aldıqda investisiya əmlakı investisiya təyinatını buraxıb "adi" aktiv təyinatına malik ola bilər. Eyni qaydada, "adi" aktiv də investisiya əmlakına çevrilə bilər.

Misal. Müəssisənin mülkiyyətində 250 000 manatlıq bina var. Bu binanın 150 000 manatlıq hissəsində müəssisənin ofisi və istehsalat obyektləri yerləşir. Digər 100 000 manatlıq binanın hissəsi isə yeni ildən başqa bi müəssisəyə 1 illik icarəyə veriləcək. İcarəyə verilən binanın amortizasiyası 13 500 AZN təşkil edir. Daşınmaz əmlaka investisiyalar müəssisənin uçot siyasıtində ilkin dəyər metodu ilə uçota alınır.

N Əməliyyatın məzmunu Debet Kredit
1 Daşınmaz əmlaka investisiyaların köçürülməsi (transfert)
1.1 İcarəyə verilən binanın dəyəri "Daşınmaz əmlaka investisiyalar - Dəyər" hesabına köçürülür 121-2 "İnvestisiya mülkiyyətinin dəyəri" - "Binaların dəyəri" 111-2 "Torpaq, tikili və avadanlıqlar - Dəyər" - Tikililər - Dəyər
1.2 İcarəyə verilən binanın amortizasiyası "Daşınmaz əmlaka investisiyalar - Amortizasiya" hesabına köçürülür 112-2 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" - "Tikililər – Amortizasiya" 122-2-2 "İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" - "Binalar üzrə yığılmış amortizasiya"

Misal. Müəssisənin mülkiyyətində 250 000 manatlıq bina var. Bu binanın 150 000 manatlıq hissəsində müəssisənin ofisi və istehsalat obyektləri yerləşir. Digər 100 000 manatlıq binanın hissəsi isə yeni ildən başqa bir müəssisəyə 1 illik icarəyə veriləcək. İcarəyə verilən binanın amortizasiyası 13 500 AZN təşkil edir. İcarəyə verilən binanın ədalətli dəyəri icarəyə verildikdə 115 000 AZN olmuşdur. Daşınmaz əmlaka investisiyalar müəssisənin uçot siyasətində gələn ildən ədalətli dəyər metodu ilə uçota alınacaq.

N Əməliyyatın məzmunu Debet Kredit
1 investisiya məqsədli daşınmaz əmlakın ədalətli dəyər metodu ilə uçota alınması
1.1 İcarəyə verilən binanın amortizasiya məmləğinin silinməsi 122-2 "Daşınmaz əmlaka investisiyalar - Amortizasiya" - "Binalar – Amortizasiya" 121-2 "Daşınmaz əmlaka investisiyalar - Dəyər" - "Binalar - Dəyər"
1.2 İcarəyə verilən binanın ədalətli dəyərinin artması 121-2 "Daşınmaz əmlaka investisiyalar - Dəyər" - "Binalar - Dəyər" 611-2 "Sair əməliyyat gəlirləri" - "Yenidən qiymətləndirilmədən gəlirlər"
1.3 İcarəyə verilən binanın ədalətli dəyərinin azalması 801 "Ümumi mənfəət (zərər)" 121-2 "Daşınmaz əmlaka investisiyalar - Dəyər" - "Binalar - Dəyər"


Yazı sonuncu dəfə 2017-06-11 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.