e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

641 Fövqəladə gəlirlər

Fövqəladə gəlirlərə, misal üçün, fövqəladə hadisə zamanı yarasız hala düşmüş və ləğv edilən əsas vəsaitlərdən qalan materiallar aid edilə bilər, fövqəladə hadisə səbəbindən ödənilən siğorta ödənişləri və s.

Fövqəladə gəlirlərin uçotu Hesablar Planının 64-cü maddəsində əks etdirilir. Bu maddədə fövqəladə hadisə və əməliyyatların nəticələrinə əsasən əldə edilmiş fövqəladə gəlirlər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 641 №li "Fövqəladə gəlirlər" hesabı açılır.

Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən əldə edilmiş fövqəladə gəlirlər tanınma meyarlarına uyğun olaraq 177, 217 №li hesabların müvafiq subhesablarının debeti və 641 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

Fövqəladə gəlirlər üzrə yaranan məbləğə hesabat dövrünün mənfəəti kimi 641 №li hesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Fövqəladə hadisə zamanı yararsız hala düşmüş anbar binasının sökülməsindən istifadəyə yararlı materiallar əldə edilmişdir. 201 "Xammal və materiallar" 641 "Fövqəladə gəlirlər" 1 000
2 Fövqəladə hadisə ilə bağlı alınmış sığorta ödənişləri gəlir kimi əks etdirilir 223 "Bank hesablaşma hesabı" 641 "Fövqəladə gəlirlər" 2 000


Yazı sonuncu dəfə 2018-07-24 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.