e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

421 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri" hesabı “Mənfəət vergisi” adlı 12 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı əsasən mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliklərinə dair məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulur.

Təxirə salınmış vergi – cari və keçmiş dövrlərin maliyyə hesabatlarında tanınan əməliyyat və hadisələrin qiymətləndirilmiş gələcək vergi nəticələridir.

Təxirə salınmış vergi öhdəlikləri – vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisi məbləğidir.

Bildiyiniz kimi, mühasibat və vergi uçotları fərqli aparıla bilər. Bunun nəticəsi kimi, müəssisənin xərcləri fərqlənə bilər, və nəticədə mənfəət verqisi də fərqli olar. Misal üçün, müəssisəyə məxsus avadanlıqların amortizasiyası mühasibat uçotunda düzxətli metod ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə aparıla bilər. Və nəticədə illik amortizasiya xərcləri fərqli olacaq.

Misal

Uçot siyasətinə əsasən mühasibat uçotunda müəssisənin avadanlıqları düzxət metodu ilə amortizasiya edilir, vergi uçotuna əsasən isə azalan qalıq metodu ilə. Belə ki, müəssisənin balansına cari ilin əvvəlində ilkin dəyəri 150 000 manat, istifadə müddəti 5 il olan kompüter texnikası daxil olub. Vergi uçotuna görə avadanlıqlar azalan qalıq metodu ilə, amortizasiya norması ildə 25% amortizasiya edilir. Mənfəət vergisi illik 20%-dir. Müəssisənin cari il üçün mənfəəti olmuşdur 300 000 manat.

Mühasibat uçotunda amortizasiya xərcləri olacaq:
150 000 / 5 = 30 000
Mənfəət vergisi olacaq: (300 000 - 30 000)*20%= 54 000

Vergi uçotunda amortizasiya xərcləri olacaq:
150 000 * 25% = 37 500
Mənfəət vergisi olacaq: (300 000 - 37 500)*20%= 52 500

Mənfəət vergisinə təsiri olacaq:
Amortizasiya xərclərinin fərqi: 30 000 - 37 500 = -7 500
Təxirə salınmış mənfəət vergisi: 7 500*20% = 1 500



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Amortizasiyanın mühasibat uçotunda düzxətli metod ilə hesablanması 701-4 "İstehsal aktivlərinin amortizasiyası" 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" 30 000
2 İlin sonunda amortizasiya xərcləri "Ümumi mənfəət(zərər)"-ə silinir. 801 "Ümumi mənfəət(zərər)" 701-4 "İstehsal aktivlərinin amortizasiyası" 30 000
3 Vergi uçotuna əsasən mənfəət vergisi hesablanıb. 901 "Cari mənfəət vergisi üzrə xərclər" 521 "Vergi öhdəlikləri" 52 500
4 Təxirə salınmış mənfəət vergisi olacaq. 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" 421 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri" 1 500
5 Mənfəət vergisi üzrə xərclərin silinməsi. 801 "Ümumi mənfəət(zərər)" 901 "Cari mənfəət vergisi üzrə xərclər" 52 500
6 Təxirə salınmış mənfəət vergisi üzrə xərclər silinir. 801 "Ümumi mənfəət(zərər)" 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" 1 500
7 İlin bağlanması. 801 "Ümumi mənfəət(zərər)" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 216 000


Yazı sonuncu dəfə 2022-06-22 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.