e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

311 Emissiya gəliri

Hesablar planının 311-ci "Emissiya gəliri" hesabı emissiya gəlirinin əks etdirilməsi üçün nəzərdə tutulur.

Səhmdar cəmiyyət şəklində yaradılmış müəssisələr nizamnamə kapitalının yaradılması zamanı (cəmiyyətin təsis edilməsi; səhmlərin əlavə emissiyası və ya səhmlərin nominal dəyərlərinin artırılması yolu ilə nizamnamə kapitalnın artırılması zamanı) səhmlər nominal dəyərlərindən artıq qiymətə satılarsa, səhmlərin satış və nominal dəyərləri arasındakı fərq məbləğini 311 "Emissiya gəliri" hesabında əks etdirilir. Bu zaman 311 "Emissiya gəliri" hesabının krediti üzrə və müəssisəyə səhmlərin ödənilməsi üçün verilən pul vəsaitləri və ya digər qiymətliləri uçota alan hesabların debeti üzrə qeyd edilir.

Buraxılan səhmlərin növlərinə görə 311-ci hesaba subhesablar açıla bilər:

  • 311-1 Emissiya gəliri - Adi səhmlər
  • 311-2 Emissiya gəliri - İmtiyazlı səhmlər

Misal. Müəssisə 150 000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib və 5 manat nominal dəyərində olan 30 000 ədəd adi səhm buraxıb. Səhmlər 6 manat satış qiyməti ilə səhmdarlara satılıb.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Nizamnamə kapitalının formalaşması 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 301 "Nominal (nizamnamə) kapital" 150 000
2 Səhmlərin satılması - nominal dəyəri 223 "Bank hesablaşma hesabları" 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 150 000
3 Səhmlərin satılması - sahəmlərin satış dəyəri və nominal dəyəri arasındakı fərq - Emissiya gəliri - (6-5)*30 000. 223 "Bank hesablaşma hesabları" 311 "Emissiya gəliri" 30 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.