e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

443 Alınmış uzunmüddətli avanslar

443 "Alınmış uzunmüddətli avanslar" hesabı göndərilmiş material qiymətliləri və ya yerinə yetirilmiş işlərə görə alınmış avanslar, həmçinin sifarişçilər üçün yerinə yetirilmiş qismən hazır iş və məhsulların ödənişi üzrə uzunmüddətli (12 aydan artıq) hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Alınmış uzunmüddətli avansların, habelə qismən hazır məhsul və yerinə yetirilmiş işlər üzrə daxil olmuş ödənişlərin məbləği pul vəsaitlərini uçota alan hesabların debetində və 443 "Alınmış uzunmüddətli avanslar" hesabının kreditində əks olunur.

Göndərilmiş tam hazır məmulatlara, materiallara və yerinə yetirilmiş işlərə görə, malalanlara (sifarişçilərə) hesab-faktura təqdim edilən zaman qismən hazır məhsul və işlərə görə alınmış ödəniş və avans məbləğləri hesaba alınarkən (zaçot edilərkən), 443 "Alınmış uzunmüddətli avanslar" hesabının debetində və 601 "Satış", yaxud satışın uçotu qaydalarından asılı olaraq 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının kreditində əks etdirilir.

Misal. Müəssisə proqram təminatının hazırlanması ilə məşğuldur. Müştəri ilə bağlanılan müqaviləyə görə müştəri 118 000 (ƏDV daxil) manat, və ya işin 80% öncədən avans şəklində ödəməlidir. 20% isə proyekt hazır olandan sonra. Proyekt 2 il müddətinə hazır olmalıdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Avansın alınması 223 "Bank hesablaşma hesabları" 443 "Alınmış uzunmüddətli avanslar" 100 000
2 Avansın alınması-ƏDV 226 "ƏDV sub-uçot hesabı" 443 "Alınmış uzunmüddətli avanslar" 18 000
3 Alınmış avansın ƏDV cəlb edilməsi 245 "Digər qısamüddətli aktivlər" 521 "Vergi öhdəlikləri" 18 000
4 İşlərin təhvil verilməsi - 80% 443 "Alınmış uzunmüddətli avanslar" 601 "Satış" 118 000
5 İşlərin təhvil verilməsi - qalan 20% 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601 "Satış" 23 600


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.