e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları

Təchiz olunmuş mallara görə malsatanlara və ya xidmətlərin göstərilməsinə görə podratçılara hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan məbləğlər "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" adlı 531 nömrəli hesabda göstərilir.

531 "Malsatan və podratçılara qısanmüddətli kreditor borcları" hesabının krediti faktiki daxil olmuş mal-material qiymətlilərinin, qəbul edilmiş işlərin və istifadə olunmuş xidmətlərin dəyəri qədər bu qiymətliləri və müvafiq məsrəfləri uçota alan hesabların debeti ilə müxabirləşir. Bu müxabirləşmə malsatan və podratçılara alınan malları və işlərə görə ödənişin qısamüddətli və ya 12 aydan az olduğu zaman edilir.

Malsatan və podratçılara qısamüddətli borcların ödənişi 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" hesabının debeti və pul hesablarının krediti üzrə əks olunur.

Misal. Müəssisə "Təchizatçı" MMC müəssisəsindən 23 600 manat (ƏDV daxil) dəyərində mallar alıb. Müqavilə şərtlərinə görə malların dəyəri 6 ay ərzində "Təchizatçı" MMC-yə ödəniləcək

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Malların alınması 205 "Mallar" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 20 000
2 Alınan malların ƏDV-si . 241 "Əvəzləşdirilən ƏDV" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 3 600
3 Borcun ödənilməsi - əsas məbləğ. 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 20 000
4 Borcun ödənilməsi - ƏDV. 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 226 "ƏDV sub-uçot hesabı" 3 600


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.