e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

611 Sair əməliyyat gəlirləri

611 N-li "Sair əməliyyat gəlirləri" hesabında müəssisənin əsas əməliyyat gəlirləri hesabında uçota alınmayan və müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan gəlirlərin uçotu əks etdirilir.

Bu maddədə mühasibat uçotu subyektinin əməliyyat fəaliyyəti zamanı aşağıdakılar barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir:

  • torpaq, tikili, avadanlıqlarının və digər uzunmüddətli aktivlərinin satışından,
  • yenidən qiymətləndirilmədən,
  • aktivlərin əvəzsiz olaraq əldə edilməsindən,
  • cərimələr və digər oxşar ödənişlərin alınmasından,
  • ümidsiz borcların bərpasından,
  • silinmiş ehtiyatların bərpasından,
  • keçmiş illər və məzənnə fərgləri üzrə yaranmış gəlirlərinin hərəkəti

Sair əməliyyat gəlirlərinə uzunmüddətli aktivlərin satışı, onların yenidən qiymətləndirməsi üzrə artırılmış məbləğlər, əvəzsiz olaraq alınmış aktivlər, cərimələr, əvvəlki illərin gəliri, silinmiş ümidsiz borcların və silinmiş material ehtiyatların bərpa olunması üzrə məbləğlər, habelə əldə olunmuş bunlara oxşar digər ödənişlər aiddir.

  • 611-1 Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından gəlirlər
  • 611-2 Yenidən qiymətləndirilmədən gəlirlər
  • 611-3 Əvəzsiz olaraq alınmış aktivlər
  • 611-4 Cərimələr və digər oxşar ödənişlər
  • 611-5 Keçmiş illər üzrə gəlirlər
  • 611-6 Ümidsiz borcların bərpası
  • 611-7 Silinmiş ehtiyatların bərpası
  • 611-8 Məzənnə fərgləri üzrə gəlirlər
  • 611-9 Aktivlərin qiymətdən düşməsi, itirilməsi və ya qaytarılmasından imtina olunması hallarında üçüncü tərəfdən gözlənilən kompensasiya
  • 611-10 Digər əməliyyat gəlirləri
Misal.

Müəssisəyə məxsus avadanlıq balans dəyərindən yuxarı qiymətə (mənfəət ilə) satılıb.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Avadanlığın satışı (məbləğ ƏDV daxil) 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 611 "Sair əməliyyat gəlirləri" -
2 Satılan avadanlığın ilkin dəyəri silinir 731 "Sair əməliyyat xərcləri" 111 "Torpaq, tikili və avadanlıqlar - Dəyər" -
3 Satılan avadanlığın amortizasiyası silinir 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" 731 "Sair əməliyyat xərcləri" -
4 Avadanlığın satışı ilə bağlı komission xərclər 731 "Sair əməliyyat xərcləri" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" -
5 Satılan avadanlığa hesablanan ƏDV 731 "Sair əməliyyat xərcləri" 521 "Vergi öhdəlikləri" -
6 Satılan avadanlığa görə pul daxil olur 221 "Kassa" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" -
7 Avadanlığın satışı ilə bağlı 611-ci hesabda satışın nəticəsi formalaşır 611 "Sair əməliyyat gəlirləri" 731 "Sair əməliyyat xərcləri" -
8 Avadanlığın satışı ilə bağlı 731-ci hesabda yığılan məbləğ zərərə silinir 611 "Sair əməliyyat gəlirləri" 801 "Ümumi mənfəət (zərər)" -


Yazı sonuncu dəfə 2020-02-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.