e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

413 Uzunmüddətli hüquqi öhdəliklər

413 "Uzunmüddətli hüquqi öhdəliklər" hesabı müəssisənin uzunmüddətli (12 aydan artıq) hüquqi öhdəliklərin uçotu üçün nəzərdə tutulub. Misal üçün, məhkəmə qərarlarından yaranan öhdəliklər.

Hüquqi öhdəlik – aşağıdakılardan yaranan öhdəlikdir:

  • müqavilə (onun açıq-aydın və ya qizli şərtləri vasitəsilə);
  • qanunvericilik; və ya
  • hüquqi normaların başqa təsirinə görə.
Qiymətləndirilmiş uzunmüddətli hüquqi öhdəliklər 413 "Uzunmüddətli hüquqi öhdəliklər" hesabının kreditində və 731 "Sair əməliyyat xərcləri" hesabın debetində əks etdirilir.

Qiymətləndirilmiş uzunmüddətli hüquqi öhdəliklər ödəndikcə müvafiq müxabirləşmə 413 "Uzunmüddətli hüquqi öhdəliklər" hesabının debetindən və pul hesablarının (223 "Bank hesablaşma hesabları", 224 "Digər tələbli bank hesabları" və s.)kreditində əks olunur.

413 "Uzunmüddətli hüquqi öhdəliklər" hesabında istifadə edilməyən məbləğlər mənfəətə aid edilir. Bu zaman, 413 "Uzunmüddətli hüquqi öhdəliklər" hesabının debetində və 801 "Ümumi mənfəət (zərər)" hesabının kreditində müvafiq müxabirləşmə aparılır.

Misal. Neft hasilatı ilə məşğul olan müəssisə hasilat bitdikdən sonra ölkə qanunvericiliyinə görə neft quyusunu demontaj etməyə və çirklənmiş ərazini təmizləməyə borcludur. Və müəssisə bu hüquqi öhdəlik üçün əvvəlcədən ehtiyat hazırlayır. Təxmini hesablamalara görə bu ərazidən 5 il müddətində neft hasil ediləcək, ərazinin təmizlənməsi və quyunun demontajına 5 ildən sonra 100 000 manat xərclənəcək. Lakin, 5 ildən sonra ərazinin təmizlənməsi xərcləri 80 000 manat təşkil etmişdir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Uzunmüddətli hüquqi öhdəliyinin yaradılması 191 "Gələcək dövrlərin xərcləri" 413 "Uzunmüddətli hüquqi öhdəliklər" 100 000
2 Ərazinin təmizləməsi üzrə illik xərclərin silinməsi. 731 "Sair əməliyyat xərcləri" 191 "Gələcək dövrlərin xərcləri" 20 000
3 Ərazinin təmizləməsi üzrə xərclərin ödənilməsi. 413 "Uzunmüddətli hüquqi öhdəliklər" 223 "Bank hesablaşma hesabları" 80 000
4 Artıq qalan ehtiyat mənfəətə aid edilir. 413 "Uzunmüddətli hüquqi öhdəliklər" 801 "Ümumi mənfəət (zərər)" 20 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.