e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

404 Uzunmüddətli borclar

Müəssisə tərəfindən əldə olunan və hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan bank olmayan müəssisələrdən aldığı borclar "Uzunmüddətli borclar" adlı 404-cü hesabın kreditinə yazılır.

Vəsaitlərin borc verənlərdən (banklardan başqa) daxil olması, pul vəsaitlərini uçota alan hesabının debetində və 404 "Uzunmüddətli borclar" hesabının kreditində əks etdirilir.

Alınmış borclar qaytarılan (ödənilən) zaman 404 "Uzunmüddətli borclar" hesabının debetinə, pul vəsaitlərini uçota alan hesabların kreditinə yazılışlar edilir.

Alınmış borclar və digər cəlb edilmiş vəsaitlər üzrə faizlər onların aid olduğu dövr üzrə xərc kimi tanınmalıdır. 13 N-li "Borclara aid edilən xərclər" Milli Mühasibat Uçotu Standartına əsasən bəzi faiz üzrə xərclər kapitallaşdırıla bilər. Beləki, əsas vəsaitlərin alınması, tikilməsi və istehsalı ilə birbaşa bağlı olan borclar üzrə faizlər, əsas vəsaitin dəyərinə aid edilməklə kapitallaşdırıla bilər.

Misal. Müəssisə qaytarmaq şərti ilə 3 il müddətinə başqa bir müəssisədən 25 000 manat borc alıb. Borc müqaviləsinə əsasən bu borca görə müəssisə hər il 15% faiz ödəyəcək.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Borcun alınması 223 "Bank hesablaşma hesabları" 404 "Uzunmüddətli borclar" 25 000
2 Hesabat dövrü üçün borcun faiz xərcləri uçota alınır. 751-1 "Faiz xərcləri" 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" 3 750
3 Gələn ilin borcun faiz xərcləri uçota alınır. 191 "Gələcək dövrlərin xərcləri" 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" 3 750
4 Borcun qaytarılması. 404 "Uzunmüddətli borclar" 223 "Bank hesablaşma hesabları" 25 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.