e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

434 Faizlər üzrə uzunmüddətli kreditor borcları

434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" hesabında faizlər üzrə uzunmüddətli kreditor borcların uçotu aparılır. Bura bank kreditləri və digər müəssisə və fiziki şəxslərdən alınan borclar üzrə, ödənilmməsi 12 aydan artıq olan faizlər daxildir.

434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" hesabının krediti üzrə və 191 "Gələcək dövrlərin xərcləri" hesabının debeti üzrə faizlər üzrə borclar hesablanır. 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" hesabın krediti və pul hesablarının debeti üzrə faizlər üzrə uzunmüddətli borcların ödənilməsi əks olunur.

Misal. Müəssisə qaytarmaq şərti ilə 2 il müddətinə başqa bir müəssisədən 25 000 manat borc alıb. Borc müqaviləsinə əsasən bu borca görə müəssisə hər il 15% faiz ödəyəcək.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Borcun alınması 223 "Bank hesablaşma hesabları" 404 "Uzunmüddətli borclar" 25 000
2 Hesabat dövrü üçün borcun faiz xərcləri uçota alınır. 751-1 "Faiz xərcləri" 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" 3 750
3 Gələn ilin borcun faiz xərcləri uçota alınır. 191 "Gələcək dövrlərin xərcləri" 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" 3 750
4 Faizlər üzrə uzunmüddətli kreditor borcun ödənilməsi. 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 3 750


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.