e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

542 Gələcək hesabat dövrünün gəlirləri

Müəyyən şərtlər daxilində müəssisələr, hesabat tarixindən sonrakı dövrə aid edilən, lakin cari dövrdə əldə olunmuş gəlirləri (məsələn, faizləri) uçotda əks etdirə bilər. Bu cür gəlirlər "Gələcək hesabat dövrün gəlirləri" adlı 542 nömrəli hesabda qısamüddətli öhdəlik kimi göstərilməli və onların aid olduğu növbəti hesabat dövründə mənfəət və zərər haqqında hesabatda tanınmalıdır.

542 "Gələcək hesabat dövrünün gəlirləri" hesabında hesabat dövründə alınan, lakin gələcək hesabat dövrlərinə aid olan gəlirlərin hərəkəti uçota alınır. Bu cür gəlirlər icarə, yaxud mənzil haqqı, kommunal xidmətlərinə görə haqq, yük daşınmasına, aylıq və rüblük biletlər üzrə sərnişin daşınmasına görə daxil olmuş pullar, rabitə vasitələrindən istifadə etmək üçün abonement haqqlarıdır.

542 "Gələcək hesabat dövrünün gəlirləri" hesabının kreditində pul vəsaitlərini, yaxud sair debitor və kreditorlarla hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilməklə, gələcək hesabat dövrünə aid edilən gəlir məbləğləri, debetində isə gəlirin aid olduğu hesabat dövrü başlayanda müvafiq hesablara köçürülən gəlir məbləğləri əks etdirilir.

Misal. Müəssisə müştərilərinə internet və IP TV xidmətləri göstərir. Abunəçi ilin əvvəlində bu xidmətlərə abunə olub və müəssisəyə 6 ay qabaq 90 manat abunə haqqı ödəyib.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Cari ayın gəlirinin tanınması 223 "Bank hesablaşma hesabları" 601 "Satış" 15
2 Gələcək ayların gəlirinin tanınması 223 "Bank hesablaşma hesabları" 542 "Gələcək hesabat dövrünün gəlirləri" 75
3 Növbəti ayın gəlirinin tanınması 542 "Gələcək hesabat dövrünün gəlirləri" 601 "Satış" 15


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.