e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

511 İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər

511 "İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər" hesabında müəssisənin keçmiş işçiləri qarşısında ödəmə müddəti hesabat tarixinə 12 aydan az olan qısamüddətli müavinətlərin və başqa ödənişlərin verilməsi ilə bağlı olan öhdəlikləri uçota alınır. Misal üçün, müəssisədə əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr tərəfindən təyin edilmiş müavinətlər.

Müəssisənin keçmiş işçilərinə olan qısamüddətli müavinət və öhdəlikləri cari hesabat dövründə 511 "İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər" hesabının kreditində və 731 "Sair əməliyyat xərcləri" hesabın debetində əks olunur.

Müavinətlər və öhdəliklər ödənilərkən müxabirləşmə 511 "İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər" hesabın debetində və pul hesablarının kreditində aparılır.

Misal. Ştatların ixtisar edilməsi nəticəsində müəssisədə çalışan 15 nəfər işçinin müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən, AR Əmək Məcəlləsinin 77-ci maddəsinə görə işçilərə orta əmək haqqından az olmamaqla işdəncıxarma muavinəti hesablanmışdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İxtisar edilmiş işçilərə müavinətin hesablanması 731 "Sair əməliyyat xərcləri" 511 "İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər" 15 000
2 İxtisar edilmiş işçilərə aylıq müavinətin verilməsi. 511 "İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər" 223 "Bank hesablaşma hesabları" 15 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.