e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

711 Kommersiya xərcləri

711 "Kommersiya xərcləri" hesabında hazır məhsulun, malların satışı ilə birbaşa bağlı olan xərclər əks olunur. Bu hesaba aşağıdakı subhesablar açıla bilər::

  • 711-1 Müəssisənin kommersiya fəaliyyətində məşğul olan işçi heyəti üzrə xərclər;
  • 711-2 Kommersiya məqsədləri üçün istifadə edilən aktivlərin amortizasiya xərcləri;
  • 711-3 Digər kommersiya xərcləri.
Bu hesabda aşağıdakı xərclər əks oluna bilər:
  • hazır məhsul anbarlarında taralara və hazır məmulatların qablaşdırılmasına;
  • məhsulların göndərmə stansiyalarına (tərsanələrə) çatdırılmasına, vaqonlara, gəmilərə, avtomaşınlara və digər nəqliyyat vasitələrinə yüklənməsinə;
  • satış təşkilatlarına və digər vasitəçi təşkilatlara ödənilən komisyon rüsumlarına (ayırmalarına);
  • satış yerlərində məhsulun mühavizə edildiyi binaların saxlanmasına;
  • reklamlara və bu kimi başqa işlərə çəkilən xərclər.
Bu hesab maddi istehsalat sahələrinin müəssisələri tərəfindən istifadə edilə bilər.

Kommersiya xərclərinin tərkibinə daxil olan qablaşdırma və daşınma xərcləri müvafiq növ məhsulların maya dəyərinə birbaşa əlavə edilir. Bu cür aid etmənin mümkün olmadığı hallarda bu cür xərclər hər ay onların çəkisi, həcmi, istehsal maya dəyəri və planlaşdırma, uçot və məhsulun (işin, xidmətin) maya dəyərinin kalkulyasiyası məsələləri üzrə sahə təlimatlarında nəzərdə tutulan digər göstəricilərdən asılı olaraq ayrı-ayrı növ yüklənmiş məhsullar arasında bölüşdürülür.

Bütün digər kommersiya xərcləri (qablaşdırma və daşınma xərcləri çıxılmaqla) hər ay yüklənmiş məhsulun (işin, xidmətin) maya dəyərinə aid edilir.

Kommersiya xərcləri kənara satılmayan işin, xidmətin maya dəyərinə aid edilir.

Kommersiya xərclərinin silinməsi 711 N-li "Kommersiya xərcləri" hesabının kreditində 601 N-li "Satış» hesabının debeti ilə müxabirələşdirilərək əks etdirilir.

N Əməliyyatın məzmunu Debet Kredit
1 Hazır məhsul anbarlarında taralara çəkilən xərclər 711 "Kommersiya xərcləri" 201 "Xammal və materiallar"
2 Hazır məhsulun göndərmə stansiyalarına (tərsanələrə) çatdırılmasına və vaqonlara yüklənməsinə çəkilən xərclər silinir 711 "Kommersiya xərcləri" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
3 Satılan məhsulların reklam və marketinq xərcləri 711 "Kommersiya xərcləri" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
4 Satış və marketinq şöbələrinin işçilərinin əmək haqqısı 711 "Kommersiya xərcləri" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları"
5 Satış təşkilatlarına (diler, distribyuter) və digər vasitəçi təşkilatlara ödənilən komisyon haqqı 711 "Kommersiya xərcləri" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.